TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən mayın 6-da qaz tədarükü üçün 345 milyon 038 min 291 kVt/saat həcmində sifariş alınıb.
Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 5,9 % azdır.
Kipoi çıxış nöqtəsindən mayın 7-dən 12-dək qaz tədarükü üçün 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu da ötən həftənin aprelin 30-na olan sifariş həcmi ilə müqayisədə 9,72 %, mayın 1-nə olan sifariş həcmi ilə müqayisədə 9,54 %, mayın 2-dan 4-nədək olan sifariş həcmi ilə müqayisədə isə 9,72 % azdır. Həmçinin, bu həcmlər ötən həftənin bazar günün sifariş göstəriciləri ilə müqayisədə 8,2 % azdır.
Yunanıstanın Komotini çıxış nöqtəsindən mayın 6-dən 12-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən də mayın 6-dən 12-dək hər gün üçün ötən həftədəki kimi 30 milyon 346 min 301 kVt/saat həcmində qaz sifariş edilib.
İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün mayın 6-da qaz tədarükü üçün 282 milyon 821 min 315 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 7 % azdır.
Mayın 7-dən 12-dək 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edib. Bu, ötən həftənin çərşənbə axşamının göstəricisi ilə müqayisədə 10,8 % azdır. Eyni zamanda bu göstərici mayın 1-ə olan göstəricisi ilə müqayisədə 10,4 %, mayın 2-dən 4-nədək olan göstərici ilə müqayisədə 10,7 % azdır. Həmçinin, bu həcmlər ötən həftənin bazar günün sifariş göstəriciləri ilə müqayisədə 8,8 % azdır.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.(Report)

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır