“Neftin bahalaşması Türkiyənin Azərbaycana ixracını artıracaq”
“Neftin 1 barrelinin qiyməti 70-75 dollaradək yüksəlməsi Türkiyənin Azərbaycanla ticarət əlaqələrinə müsbət təsir edəcək”
Bunu Beynəlxalq Nəqliyyatçılar Birliyi icraçı katibi Fatih Şener bildirib.
"OPEC üzvləri və kartelə üzv olmayan ölkələr tərəfindən neftin hasilatının azaldılmasına dair əldə etdiyi razılaşma "qara qızıl"ın 70-75 dollaradək bahalaşmasına səbəb ola bilər. Bunun bir neçə neqativ təsiri ola bilər, lakin bunun hesabına Türkiyənin neft ixrac edən ölkələrlə ticarət dövriyyəsi artacaq. Türkiyənin İqtisadiyyat Nazirliyi 2017-ci ildə 155 mlrd. dollarlıq ixrac proqnozlaşdırır.
2013-cü ildə Türkiyə ilə Şimali İraqarasında ticarət dövriyyəsi 12 mlrd. dollar idi, hazırda isə bu göstərici 6 mlrd. dollar təşkil edir. Bunun əsas səbəbi İraq iqtisadiyyatının neftdən asılı olmasıdır. Azərbaycan, Qazaxıstan, Rusiya iqtisadiyyatları da neftdən asılı olduğu üçün xammalın kəskin ucuzlaşması Türkiyə ilə ticarət dövriyyəsinə mənfi təsir edib. Halbuki, bu ölkələr Türkiyənin əsas ticarət tərəfdaşları idi. Neft bahalaşarsa, Türkiyənin bu ölkələrə ixracı artacaq", - deyə F. Şener qeyd edib.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub