Bakıda daşınmaz əmlak bu qədər bahalaşacaq – Qiymətlər
Ötən ilə nəzər salsaq görərik ki, əmlak qiymətlərində 25-30%-dək artım oldu. Artım, əsasən, ilkin mənzil bazarında müşahidə olundu.
Bu sözləri açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə deyib.
O bildirib ki, ötən illə müqayisədə bu il də qiymət artımı olacaq:
“Çünki Bakı şəhərində əmlaka tələbat çox yüksəkdir. Hesab edirəm ki, bu il yeni tikililərdə qiymətlər 10%-dək artacaq. Bina tikən sahibkarlar əvvəllər 1 kvadratmetrin maya dəyərinin 800-1200 manat olduğunu deyirdilərsə, artıq bu qiymət torpaq sahəsi ilə birlikdə 2000 manata çatıb. Son vaxtlar qiymətlər kvadratmetr üçün 1500-2000 manat arasında dəyişir. Qiymət artımı təkrar mənzil bazarına da təsir edir, əsasən burada 30% artım müşahidə olunur”.
Mütəxəssis vurğulayıb ki, ümumiyyətlə, Azərbaycanın daşınmaz əmlak bazarında hər 5 ildən bir artım olur:
“Qiymət artımı əsasən Nərimanov, Xətai, Nizami, Nəsimi və Səbail rayonlarında müşahidə olunacaq. Qeyri-yaşayış sahələrində isə ötən il 20% artım oldu. Bu il 10%-dək bahalaşma ola bilər. Çünki biznes sahələrinə də maraq artdığından, sahibkarlar qiymət artımı ilə üzləşəcək.
Mərkəzi hissələrdə yerləşən qeyri-yaşayış sahələrində daha çox qiymət artımının olacağı gözlənilir. Qiymət 1 kvadratmetr üçün 1-ci mərtəbələrdə 8-10 min manat, minimum qiymətlər 5-7 min manat aralığında dəyişəcək. Qiymətlərin artması icarə haqlarına da təsir göstərəcək. İcarə qiymətlərinin təxminən 10-15% civarında artımı müşahidə olunacaq”.(Axar)

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır