Kino Agentliyinin film layihələri müsabiqəsinin növbəti mərhələsinə yekun vurulub - SİYAHI
Azərbaycan Kino Agentliyinin (ARKA) 18 iyul 2023-cü il tarixində elan etdiyi film layihələri müsabiqəsinin ikinci mərhələsinə yekun vurulub.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, seçim komissiyasının üzvlərinin qiymətləndirməsinə əsasən ikinci mərhələdən dövlət sifarişi, kommersiya, sənət və debüt istiqamətində 30 layihə məqbul hesab edilərək növbəti mərhələdə iştirak hüququ qazanıb. Tələbə alt istiqaməti üzrə isə 16 tələbə layihəsi məqbul hesab olunub.
Müsabiqənin növbəti - layihələrin müdafiəsi (pitçinq) mərhələsi 23-24 noyabr tarixində Azərbaycan Dövlət Film Fondunda təşkil olunacaq.
Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçiriləcək, iştirakçılar layihələrini açıq müdafiə edəcəklər. Bu mərhələdə Seçim Komissiyası və Ekspert Şurasının rəyi əsasında müəyyən ediləcək qalib layihələr 27 noyabr tarixində ARKA-nın rəsmi internet səhifəsində (arka.culture.az) elan ediləcək.
İştirakçıların müsabiqənin yekun nəticələri ilə bağlı şikayətlərinə Apellyasiya Komissiyası baxıb müvafiq qərar qəbul edəcək.
Pitçinq mərhələsində iştirak edəcək qısa və tammetrajlı bədii film layihələri:
“Art Baku Production” - “Daş”
“Azərnyumedia” - “Günəşdə də ləkələr olur”
“Bakı Media Mərkəzi” - “Borc”
“Bizim Kino” - “Görmə qüsuru”
“Dream Big Company” - “Sehirli papaq”
“ExTerra Production” - “Kuryer”
“FS Film Company” - “Bir gecənin içində”
“Karvan Production” - “Qurtuluş”
“Karvan Production” - “Göytəpə əməliyyat”
“Karvan Production” - “Ağalı”
“Mozg Media Group” - “Sözün varsa, de!”
“OksiMedia” - “Qorqud və Zəhra”
“Rakurs Film-Media” - “Mənə bənzər adam görməmisiniz ki?”
“Rental Azərbaycan” - “Erkən hisslər”
“Rog Vfx Studio” - “Proyekt 2602”
“SFN Production” - “Arılar və Qəbirlər”
“Shahdag Cinema Production” - “113 gün”
“Shahdag Cinema Production” - “Nağıl kimi”
“SS Production” - “Acı hiss”
“SSP Production” - “Terminal 2020”
“Ultra Production” - “Xəzinə”
Pitçinq mərhələsində iştirak edəcək qısa və tammetrajlı sənədli film layihələri:
“Bakı Media Mərkəzi” - “Ölüm axtaran qadın”
“İctimai Televiziya və Radio Yayımları Şirkəti” - “Əsrin müqaviləsi”
“OD Media-Production - “Kür - çaylar anası”
“Karvan Production” - “Nargin”
“Nova Gorica” - “Sofiyadakı azərbaycanlı aydınlar”
“Vətən TV Media” - “Müharibənin gözləri”
“Rental Azərbaycan” - “Kapitan və Xəzər dənizi”
Pitçinq mərhələsində iştirak edəcək qısametrajlı animasiya film layihələri:
“3Dost Production” - “44 gün”
“Peri Film” - “Narqız”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır