SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » “Ağa Musa Nağıyev: tarix yazan binalar” sənədli filminin çəkilişləri yekunlaşdı

“Ağa Musa Nağıyev: tarix yazan binalar” sənədli filminin çəkilişləri yekunlaşdı

Tarix:

10-10-2023, 09:30

/ 1 033 dəfə oxundu.
“Ağa Musa Nağıyev: tarix yazan binalar” sənədli filminin çəkilişləri yekunlaşdı

 Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli Dəyərlərin Qorunması” ictimai birliyi tərəfindən həyata keçirilən “Ağa Musa Nağıyev: tarix yazan binalar” sənədli filminin çəkilməsi layihəsi çərçivəsində çəkilişlər yekunlaşıb. Layihə 1 sentyabr – 31 oktyabr 2023-cü il tarixləri əhatə edən 2 (iki) ay müddətində icra olunacaq. Layihə rəhbəri Dilarə Nağıyeva-Muxtarovadır.

Sənədli film Bakı milyonçusu və xeyriyyəçi Ağa Musa Nağıyevin XX əsrin əvvəllərində şəhərimizdə tikdirdiyi tarixi binaları və onların şahidi olduqları tarixi prosesləri cəmiyyətimizə tanıtmaqla Azərbaycan tarixinin indiyədək bilinməyən səhifələrini açır, həmçinin milli-mənəvi dəyərlər sisteminin əsas elementlərindən olan xeyriyyəçilik ənənələrini təbliğ və təşviq olunmasına, onun Azərbaycan cəmiyyətində daha da geniş tətbiq olunmasına dəvət edir. 

Xeyriyyəçilik ənənələrinin bu şəkildə geniş təbliğ olunması, eyni zamanda, Azərbaycanın milli maraqlarına da uyğundur, çünki Azərbaycan cəmiyyətində bu xüsusiyyətləri yaymaqla milli birlik, milli şüur və milli özünüdərketmə təmin edilir.

Sənədli film Bakı şəhərində 2 (iki) tarixi binanın timsalında XX əsrin əvvəllərində milyonçu və xeyriyyəçi Ağa Musa Nağıyevin rəhbərliyi ilə inşa edilmiş 98 binanın Azərbaycan paytaxtının arxitektura ansamblının əsasını təşkil etdiyini, bu binaların Azərbaycan tarixinin ən keşmə-keşli hadisələrinə şahidlik etdiyini, bunların Azərbaycanın dövlətçiliyindən tutmuş müxtəlif sahələrə qədər böyük töhfələr verdiyini göstərmək və bununla da Azərbaycan cəmiyyətində Bakı şəhərinin tarixi ilə bağlı biliklərinin daha da genişləndirilməsinə nail olmaqdır. Bundan əlavə, Ağa Musa Nağıyevin həyatı və fəaliyyəti ilə bağlı yeni tədqiqatların nəticələrini misal göstərərək əsasən gənc nəsildə xeyriyyəçilik ənənələrinin Azərbaycan cəmiyyətində daha da geniş yayılmasına nail olmaq əsas məqsədimizdir. 

“Ağa Musa Nağıyev: tarix yazan binalar” sənədli filminin çəkilişləri yekunlaşdı


Şərhlər

XƏBƏR LENTİ