Xalq artisti: "Həyat yoldaşımla dostam, amma qadın kimi xoşbəxt deyiləm"
“Biz sovet dövründə böyümüşük, ona görə də ulduz xəstəliyimiz yoxdur. İndi də sadə insanlar var, amma azdır. İnsana gərək ətrafdakılar dəyər versin. Bəziləri özlərini olduqlarından yüksək göstərməyə çalışırlar və buna nail olurlar. Həmin insanları mən “oxuyuram””.
Bu sözləri Xalq artisti Həmidə Ömərova deyib.
“Geriyə baxanda” verilişinin qonağı olan aktrisa “Demisiniz ki, xoşbəxt anayam. Amma qadın kimi xoşbəxt olmadım” sözlərinə belə cavab verib: “Bir dəfə etiraf etmişəm... Bir qadın kimi xoşbəxt ola bilmədim. Mən xoşbəxt ana və aktrisayam. İnsan həyatda hərtərəfli xoşbəxt ola bilməz. Mən həyat yoldaşımla dostam, bir-birimizi başa düşürük. Amma xoşbəxtlik başqa şeydir. Mən onu filmlərdə, rollarda oynamışam. Orada onun nə olduğunu hiss etmişəm. Reallıqdır, hər zaman nəyisə qurban veririk. Hər şeyi çatdırmaq mümkün deyil”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır