Türkiyəli məşhur professor Bakıya gəlir
“Açık Beyin” platformasının rəhbəri, araşdırmaçı-yazar, professor Sinan Canan Bakıda konfransda çıxış edəcək.
“Kitabıstan”ın dəvəti ilə Bakıya gələn professor Sinan Canan iyun ayının 10-da Nizami Kino Mərkəzində uğurun düsturu haqqında danışacaq, öz araşdırmalarını, təcrübələriniizləyicilərlə bölüşəcək. Konfransdan sonra isə S.Cananın imza günü keçiriləcək.
Prof. Dr. Sinan Cananın uğur, uğurlu olmaq haqqında düşüncələri tamamilə fərqlidir. O, uğurlu olmağa tamamilə fərqli baxır və insan təbiətinə xüsusi önəm verir. Məlumat üçün onu da bildirək ki, Sinan Canan dünyanın bir çox ölkələrindənevrologiya, psixologiya, liderlik, uğur, yaradılış, öyrənmək və öyrətmək bacarığı, neyromarketinq kimi mövzularla bağlı çoxsaylı konfranslar keçirir və kitabların, elmi məqalələrin müəllifidir.
Qeyd edək ki, konfransa biletləri onlayn şəkildə əldə edə bilərsiniz.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır