Könül Xasıyeva toplanan yardımla 2 min manata it alıb? - Özü danışdı
"Mənim Danimarkada rəfiqəm yaşayır. İti oğluma o hədiyyə edib”.
Bu sözləri Publika.az-a açıqlamasında xalq artisti Könül Xasıyeva 2 min manata it alması ilə bağlı sosial mediada yayılan xəbərlərə aydınlıq gətirərkən deyib.
"Mən heyvanları sevsəm də, onlara toxuna bilmirəm. İnanın ki, onu mən almamışam. Oğlum Kazımın 10 yaşı olanda rəfiqəm ondan hədiyyə olaraq nə istədiyini soruşdu, oğlum it istədi. Rəfiqəm də Kazımın arzusunu yerinə yetirdi”, - deyə xalq artisti bildirib.
Qeyd edək ki, K.Xasıyeva bu günlərdə ağır xəstəliyi ilə bağlı əməliyyat olunması üçün 254 min manata ehtiyacı olduğunu bildirərək sənətçi dostlarından dəstək istəyib. Bunun ardınca isə xalq artistinin evində bahalı it saxlaması barədə xəbərlər yayılıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır