“Rüşvəti Mədəniyyət Nazirliyinə gətirən Polad Bülbüloğlu olub”
“Azərbaycanda Mədəniyyət Nazirliyinin pis vəziyyətə gətirilməsini Əbülfəs Qarayevlə bağladılar, amma belə deyildi. Azərbaycanda rüşvəti Mədəniyyət Nazirliyinə gətirən məhz Polad Bülbüloğlu idi. O, nazirlikdə rüşvətxorluğu sistem halına salan şəxs idi...”
Bu sözləri Yenisabah.az-a Xalq artisti Akif İslamzadə deyib. Azərbaycan mədəniyyətinin bugünkü durumu barədə fikirlərini bölüşən sənətçi vəziyyətin acınacaqlı olduğunu bildirib:
“Mədəniyyət naziri dəyişəndən sonra konkret dəyişiklik olduğunu deyə bilmərəm. Heç mən onları tanımıram. İnandırım sizi ki, mən hazırkı Mədəniyyət nazirinin nə adını, nə də soyadını bilirəm. Heç bilmək də istəmirəm!
Mədəniyyətdə problemlər çoxdur, bu gün bunlar müzakirə olunmur, KİV-lər, sosial şəbəkələr qeybətdən, qadına məxsus söhbətlərin müzakirəsindən kənara çıxa bilmir”.
A. İslamzadə həmçinin son dövrlərdə mediada bəzi sənətçilərin efirə çıxmaq üçün qonorar istəməsi ilə bağlı tələblərini də doğru hesab edib:
“Fondda 80-dən artıq mahnım var, hələ indiyə qədər bir qəpik belə almamışıq.
Gedin, telekanallardan soruşun görün televiziyalarda çıxış edən müğənnilərin hansının pulunu ödəyiblər? Barmaqlarını qatlayıb bir müğənni adı çəkə bilərlərmi? Niyə ödəmirlər?
Bu gün bizim cəmiyyətdə ən çox haqqı tapdalanan zümrə məhz musiqiçilərdir. Mən 30-40 ildə hər halda ən azı 100 dəfə televiziyalarda çıxış etmişəm, haçan pulumu ödəyiblər? Söhbət tək məndən getmir, istəyirsiniz, Eyyub Yaqubovdan, Flora Kərimovadan, Aygün Kazımovadan soruşun, görün, haçansa telekanalda qonaq kimi dəvət olunub çıxış etdikləri zaman onlara pul ödənilibmi? Bunları demək lazımdır”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...