Əliyeva bacıları açılışda - Fotolar
İyunun 2-də Bakı Media Mərkəzinin inzibati binasının rəsmi açılış mərasimi olub.
Mərasimdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.
Arzu Əliyeva dörd ildir fəaliyyət göstərən bu qurumun uğurlu irimiqyaslı layihələr həyata keçirdiyini bildirdi. “Əminəm ki, biz gələcək uğurlarımızı, nailiyyətlərimizi qeyd etmək üçün bir daha bu gözəl binada görüşəcəyik”, - deyə Bakı Media Mərkəzinin prezidenti vurğulayıb.
Bakı Media Mərkəzinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Bakı Media Mərkəzinin binasının foyesində qoyulan “Dream” əsərinin müəllifi, rəssam Rəşad Mehdiyev Azərbaycanda mədəniyyət və incəsənət sahəsinə göstərilən dövlət dəstəyindən danışıb. Sonra “Dream” əsərinin açılışı olub.
Arzu Əliyeva və Rəşad Mehdiyev əsərin üzərindəki ağ örtüyü götürüblər.
Sonda xatirə şəkli çəkdirilib.






Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır