Kinoteatrlarda filmlər niyə rusca nümayiş olunur?
Az sayda filmlər bizə Azərbaycan dilində dublyajla təqdim olunur. Ölkəmizdə kino bazarı kiçikmiqyaslı olduğundan filmlərin sırf Azərbaycan dilində dublaj olunması şirkətlər üçün sərfəli deyil. Onlar üçün subtitr daha ucuz başa gəlir. Türk dilində dublaj isə nisbətən izləyicilər üçün daha rahatdır. Xarici filmləri adətən Türkiyə, Rusiya və Ukraynadakı distribütorlardan alırıq.
Bu sözləri Kult.az-a açıqlamasında “Nizami” kino mərkəzinin PR meneceri Arzu Əhmədova deyib.
“Kinoteatrlar dublaj və altyazı məsələləri ilə məşğul olmur. Bu, distribütorların üzərinə düşən işdir”, - PR menecer bildirib.
A.Əhmədova onu da qeyd edib ki, xarici filmlərin alınması və tərcüməsi məsələləri ilə dövlət qurumları məşğul olmur:
“Bütün filmlər kinoteatrda nümayiş olunmazdan əvvəl Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinə göndərilir. Nazirliyin lisenziyasından sonra yayımlanır. Tamaşaçıların əksəriyyəti azərbaycandilli olduğuna görə biz də filmin Azərbaycan dilində dublaj olunmasını istəyərik. Amma təəssüf ki, hələ də kinostudiyanın dublaj studiyası yoxdur. Dublaj bahalı proses olduğundan öz imkanlarımız çərçivəsində edə bilmirik”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır