SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » Nazirlə 20 faizə işləyən rəis, milyonluq tenderləri udan Hacı Şamxal – Cəzasız qalan cinayətlər

Nazirlə 20 faizə işləyən rəis, milyonluq tenderləri udan Hacı Şamxal – Cəzasız qalan cinayətlər

Tarix:

7-02-2022, 07:52

/ 696 dəfə oxundu.
Nazirlə 20 faizə işləyən rəis, milyonluq tenderləri udan Hacı Şamxal – Cəzasız qalan cinayətlər

Əbülfəz Qarayevin dövründə Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi olmuş və mənimsəməyə görə 11 il azadlıqdan məhrum edilən Zakir Sultanovun sabiq nazirlə 20 faizə işlədiyi məlum olub. Amma 80 faiz təmiz qazanc əldə edən Əbülfəz Qarayev yox, Zakir Sultanov həbs edilib.

Musavat.com xəbər verir ki, Zakir Sultanov ifadəsində kimlərdən rüşvət aldığını, pulun hansı hissəsini Əbülfəz Qarayevə verdiyini etiraf edib.

Z.Sultanov şəxsi münasibətləri nəzərə alaraq məhkəmə istintaqı dövründə Əbülfəz Qarayevin adını çəkmədi. Çünki onun azadlığa çıxmaq ümidi var idi. Dövlətə vurulmuş 6 milyona yaxın zərəri ödəyən Zakir Sultanov son ana qədər susdu ki, bəlkə azadlığa çıxa bildi…

Bu günə qədər həbs edilən məmurların əməllərində olduğu kimi Əbülfəz Qarayev və Zakir Sultanov işbirliyində də pullar eyni yollarla silinib. Büdəcədən ayrılan vəsait müxtəlif MMC-lərə layihələrin icrası üçün verilib, sonra da müəyyən bir hisəsi geri qaytarılıb.

Zakir Sultanov ifadəsində ilk olaraq onu deyib ki, Əbülfəz Qarayevin təklifi ilə nazirlikdə işləməyə razılıq verib. 2014-cü ildən isə adı çəkilən idarənin rəisi olub.

O, Mədəniyyət Nazirliyində çox sayda tender lahiyələri həyata keçirildiyini, layihələrin onlar tərəfindən müəyyən edilən şirkətlərə verildiyini etiraf edən Zakir Sultanov bildirib ki, aldığı pulların əsas hissəsini nazirə verirmiş.

Məlum olub ki, nazirlikdən ən çox tender udan şirkət isə Hacı Şamxala məxsus “Pramida-F R” MMC olub.

Z.Sultanov bildirib ki, tenerdə qalib olan şirkətlər məbləğin 20 faizini “otkat” şəklində ona geri qaytarıblar.

Bir dəfəyə aldığı 900 min, 533 min, 751 min, 300 min, 200 min kimi iri məbləğlərdə rüşvətin 20 faizini özünə götürdüyünü deyən Zakir Sultanov bildirib ki, qalan məbləği Əbülfəz Qarayevin iş otağında onun özünə verirmiş.

Bundan başqa Zakir Sultanov etiraf edib ki, musiqi məktəblərinin, uşaq incəsənət məktəblərinin, mədəniyyət evlərinin, peşə məktəblərinin əsaslı təmiri və yenidən qurulması üzrə layihə smeta sənədlərinin hazırlanması üçün MMC-lərlə müqavilə bağlayan zaman onlardan pul tələb edilib. Zakir Sultanov qeyd edib ki, bu məqsədlə müxtəlif MMC-lərdən aldığı 250 min manatdan çox pulun 200 min manatını Əbülfəz Qarayevə iş otağında təqdim edib.

Nazirlikdən ən çox tender udan Hacı Şamxalın da olduğu videogörüntü cinayət işi materiallarında yer alır. Həmin görüntüdə “İrəvan” teatrının tikintisi ilə bağlı büdcədən ayrılmış 6 milyonluq tenderdə qalib olduğuna görə 900 min manatı rüşvət olaraq Zakir Sultanova gətirən Hacı Şamxal pulu selofan paketdə təqdim edir. Zakir Sultanov isə həmin məbləğdən 20 faizini götürərək qalan pulu Əbülfəz Qarayevə çatdırır.

İstintaq zamanı Zakir Sultanovun evinə baxış keçiriləndə ona məxsus ondan çox mənzilin sənədləri aşkar edilib. Zakir Sultanov bildirib ki, həmin evlərin hamısı rəhmətlik anası tərəfindən ona bağışlanıb. Məlum olub ki, həmin mənzillərin hamısı ticarət obyekti kimi fəaliyyət göstərir və icarədədir. Onun icarə haqlarından gələn gəliri saxladığı bank hesabı da müəyyən edilib. Həmin hesabda 600 min dollar olub. Bundan başqa onun İstanbulda, İzmirdə mağazalarının, məzillərinin və özünə məxsus bağ evinin olduğu da məlum olub.

Zakir Sultanovun evinə baxış keçirilən zaman müxtəlif ölçülü sikkələr, dəyərli əşyalar da aşkar edilərək götürülüb.

Bütün bunları oxuduqdan sonra hər kəsi maraqlandıran bir sual orataya çıxır. 20 faizi qazanan Zakir Sultanov 11 il həbs cəzası alıb, amma Əblüfəz Qarayev niyə azadlıqdadır?

80 faiz rüşvəti elə nazir otağında alan Əbülfəz Qarayev nəyinki həbs edilib, heç Zakir Sultanovun işi üzə şahid kimi də dindirilməyib. Əbülfəz Qarayevin məhkəməyə gətirilərək dindirilməsi tələb edilsə də məhkəmə bu vəsatətəi təmin etmədi.

Şərhlər

XƏBƏR LENTİ