Azad edilmiş ərazilərdə 150 abidə yeni aşkarlanıb
“İşğaldan azad olunan ərazilərimizdə ötən ilin noyabr ayından etibarən tərəfimizdən 400-dən çox tarixi-mədəni abidə aşkar edilib”.
Bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, onlardan 150-si reyestrdə olmayan, yeni aşkar edilmiş abidələrdir:
“Eyni zamanda, monitorinqlər zamanı 800-dən çox musiqi məktəbi, teatr, kitabxana və digər mədəniyyət müəssisələrinin qalıqları aşkarlanıb.
Monitorinqlərin nəticələri göstərir ki, azad edilmiş ərazilərimizdəki tarixi-mədəni abidələrimizin 95 faizi dağıdılıb.
Monitorinqlər hələ davam edir, çünki elə ərazilər var ki, relyef baxımından, yaxud da minalara görə bizim mütəxəssislər ora gedib çıxa bilməyiblər.
Müvafiq işlər davam etdirilir və təsnifatlandırıldıqdan sonra nəticələri beynəlxalq qurumlara göndərib, Ermənistanı beynəlxalq məsuliyyətə cəlb edəcəyik”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır