Canəli Əkbərov vəfat etdi
Xalq artisti Canəli Əkbərov bu gün vəfat edib.
Bu barədə onun yaxınları məlumat verib.
Qeyd edək ki, xanəndə iki gün əvvəl beyin insultu keçirmişdi. Bir neçə gün öncə yenidən vəziyyəti pisləşmişdi.
Canəli Əkbərov 1940-cı ildə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub.
Musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. Müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qayda-qanunlarını mənimsəyir və öz ifaçılıq qabiliyyətini təkmilləşdirir. 1965 ci ildən Canəli Əkbərov Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1976-cı ildən bu günə kimi Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.
1989-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti 1992-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2002-ci ildə Şöhrət ordeni ilə təltif edilib.
Allah rəhmət eləsin!
baycan Dövlət Musiqi Məktəbində alıb. Müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qayda-qanunlarını mənimsəyir və öz ifaçılıq qabiliyyətini təkmilləşdirir. 1965 ci ildən Canəli Əkbərov Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1976-cı ildən bu günə kimi Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.
1989-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti 1992-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2002-ci ildə Şöhrət ordeni ilə təltif edilib.
Allah rəhmət eləsin!

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır