49 yaşlı Xalq artistinin ərə getdiyi biznesmenin kimliyi açıqlandı - FOTO
Dünən toy xəbəri yayılan xalq artisti, xanəndə Aygün Bayramovanın nişanlısı ilə bağlı maraqlı faktlar yayılıb.
Toya hazırlaşan xalq artistinin nişanlandığı şəxsin adı Fəraməz Gərmrudidir. İran vətəndaşı olan Gərmrudi 1955-ci ildə İranda anadan olub, 3 qız atasıdır. Qızları ailə qurub, ikisi İranda, biri Almaniyada yaşayır. Əslən Cənubi Azərbaycanlı olan Gərmrudinin həyat yoldaşı fars əsilli xanımdır. Onların rəsmən hələ də ailəli olduğu deyilir.
Artıq baba olan 62 yaşlı adaxlının İranda Almaniyanın məşhur “KÖHEL” avtomobillərinin rəsmi distribüteridir. Gərmrudi Azərbaycanda musiqi aləmində ud ifaçısı və müğənni kimi tanınır. Demək olar ki, əksər musiqiçilərlə dostluq münasibətləri var. Biznesmenin Aygün Bayramova ilə eşq hekayəsi bu ilin martında, daha dəqiq desək, martın 21-də Gərmrudinin Heydər Əliyev adına Sarayda gerçəkləşən konsertində başlayıb. Həmin konsertdə Gərmrudini tək qoymayan sənətçilərlə bərabər A.Bayramova da mahnı töhfəsini verib. Əli pulla oynayan iş adamı Bakıda Hüseyn Cavid prospektində 2 milyonluq ev alıb, bahalı avtomobilə sahibdir.
Qeyd edək ki, iş adamı eyni zamanda tez-tez Azərbaycan Televiziyasında verilişlərdə oxumaq və ud ifa etməklə musiqi məharətini sərgiləyir. Toy mərasimi mayın 23-də paytaxtın ən məşhur restoranlarının birində baş tutacaq.
yeniçağ.az



Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır