Arif Quliyevin məzar daşı qoyulmayıb - Ailəsinin imkanı yoxdur
Mərhum Xalq artisti Arif Quliyevin məzar daşının hazırlanması üçün ailəsinin maddi imkanı yoxdur. Aktyorun ailə üzvləri bunun üçün Mədəniyyət Nazirliyindən dəstək gözləyir.
Ötən gün isə mərhum sənətçinin həmkarı Natiq Fərzəliyev Xalq artistinin məzar daşının düzəldilməsi üçün ailəsinin maddi imkanının olmadığını bildirib.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Nahidə Orucova həmkarına qarşı bu cür laqeyd münasibətin yolverilməz olduğunu deyib:
“Bunu mən də eşitdim. Mənim fikrimcə, hər bir aktyor, ələlxüsus da Xalq artisti diqqət mərkəzində olmalıdır. Hər halda Arif Quliyev mədəniyyət sahəsi üçün az şey etməyib. Onun da özünəməxsus obrazları, yumoru var idi. Allah rəhmət eləsin. Arif Quliyevin dünyasını dəyişməsi bizə çox böyük zərbə oldu. Əsl sənətkarlar bir-bir aradan gedir, bu, çox ağırdır. Onun ölümü teatrımıza və mədəniyyətimizə də ağır itkidir. Ona görə də ölümündən sonra birləşib ortaya nəsə çıxartmaq olar. Ən azından birləşib qəbirüstü daşını götürmək olar”.
Qeyd edək ki, Arif Quliyev Qaradağ rayonu “Qurd qapısı” qəbiristanlığında dəfn olunub. Ölümündən 40 gün keçməsinə baxmayaraq, aktyorun qəbirüstü daşı hələ də hazırlanmayıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır