Qarabağ haqqında sənədli film hazırlanır-Fotolar
TRT Türkiyə Radio-Televiziya Qurumu ilə Azərbaycan Televiziyasının birgə “Qarabağ haqqında sənədli film” layihəsi hazırlanır.
Bir çox məhşur serial və kinolarda rol alan: Kuruluş Osmanda – Demirci Davut, Kurtlar Vadisi Pusuda-Karaca Ahmet, Acı Hayatda – Hasan, Sırlar Dünyasında – Vahit-Hasan, Deli Yürekde – Sabri obrazlarını canlandırmış Ahmet Yenilmez komandası ilə birgə Azərbaycana dəvət olunub.
XALQ.AZ xəbər verir ki, Azərbaycana gəlişi ilə ilk olaraq Fəxri Xiyabanı ziyarət edən Ahmet Yenilməz Türkiyə-Azərbaycan birliyinin dünyada və regionda böyük əhəmiyyətə malik olmasını, Vətənimizə heyran qalmasını bildirib.
Ahmet Yenilməzin oğlu – Burak Alp Yenilməz də layihədə rejissor fəaliyyətini yerinə yetirəcək.
Qonaqlar ilə Hanlı Pazarda görüşən Iğdırlı iş adamı, Türkiyənin aparıcı şirkətlərindən olan “Okuklu İnşaat”-ın, Okuklu Holdingin prezidenti Yılmaz Okuklu bu işdə onlara lazım olacaq hər bir dəstəyi əsirgəməyəcəyini bildirdi.
Görüşdə Okuklu Holdingin siması – müğənni Natavan Həbibi də iştirak edib.
“İki dövlət, bir millət!” deyərək Qarabağ zəfəri ilə bağlı layihədə bir araya gələn komanda iş haqqında bu fikirləri bölüşdü: Layihənin əsas məqsədi 30 il içərisində Qarabağda nələrin dəyişdiyini göstərmək, işğaldan zərər görmüş, Vətənini və doğmalarını itirmiş şəxslərin zəfər sonrası xoşbəxtliyini, gələcək planlarını və geri dönüş xəyallarını açıqlamaqdır.
Bakıda artıq ilk reportajın olduğunu bildirən komandanın növbəti çəkilişləri Gəncə, Kəlbəcərdə baş tutacaq.
Çəkilişlər bitdikdən sonra Türkiyədə sənədli film hazırlanaraq tamaşaçılara təqdim olunacaq.





Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır