Bakıda Hollivudsayağı təqdimat - 200 min xərclənib...
Ötən gün mistik janrda çəkilən “Xənnas” filminin qala gecəsi keçirilib. Ekran işinin təqdimatı Nizami Kino Mərkəzində baş tutub.
Gecədə xalq artistləri Fuad Poladov,Ramiz Novruz, əməkdar artistlər Dilarə Əliyeva, Rafael İsgəndərov, Lalə Məmmədova, müğənni Günay İbrahimli, teleaparıcı Günel Hümbətova və başqaları iştirak edib.
Təqdimata filmin qəhrəmanları Zemfira Əbdülsəmədova, Hikmət Rəhimov, Qorqud Cəfər, Türkay Cəfərli, Pərvin Abıyeva, Nərgiz Əliyeva, Zarina Qurbanova da qatılıb. Bundan əlavə, qalada türkiyəli aktrisa Pelin Sönməz iştirak edib.
Ekran işinin qala gecəsi yüksək səviyyədə təşkil olunub. Qırmızı xalça, xüsusi dekorasiya və s. kimi məsələləri misal çəkə bilərik.
Layihə Azərbaycanda ilk mistik janrda çəkilən filmdir. Kinonun nümayişindən öncə filmin heyəti səhnəyə çıxıb. Rejissor Elvin Abdullayev həmin gecə Azərbaycanda ilklərin yaşandığını söyləyib. O, ilk dəfə Bakıda Hollivudsayağı təqdimatın reallaşdığını qeyd edib:
“Filmdə peşəkar aktyor heyəti iştirak edib. İnanırıq ki, bu kino hər birimiz üçün uğurlu olacaq. Ekran işinə 200 mindən yuxarı məbləğ xərcləmişik və bir milyon pul qazanmağa iddialıyıq”.





Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...