Nərgiz Cəlilova televiziyadakı maaş azlığından gileyləndi
"Televiziyada həmişə maaş çox aşağıdır. Aparıcılarımız var ki, efirdən əlavə tədbirlər idarə edirlər. El şənlikləri aparıb, əlavə gəlir qazanırlar. Bəziləri isə quru maaşa işləyir. Bununla da ailə saxlayırlar".
Bu sözləri Əməkdar artist Nərgiz Cəlilova "Səhər mərkəzi" proqramında deyib. Aparıcı telekanallarda maaşların az olmasından bəhs edib:
"Bu günün tələbləri o qədər yüksəkdir ki: insan gəzmək, geyinmək, ləziz yeməklər yemək istəyir. Bunun kafe, restoranı da. Ona görə də gənclərimiz özəl şirkətlərə üz tuturlar, orada maaş yüksəkdir. Artıq bu məsələ həll olunmaq üzərədir".
Aparıcı Tural Əsədov N.Cəlilovanın illər əvvəl ona dediyi "Haqqımda demişdi ki, ondan heç vaxt aparıcı olmayacaq" sözlərini xatırladıb.
Aparıcı "Arxanızca yox, üzünüzə demişdim. İllər ötəndən sonra peşəkar aparıcı oldunuz. Tədbirlərin birində dedim ki, Tural səninlə fəxr edirəm, illər əvvəl dediyim sözləri geri götürürəm" cavabını verib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır