Xalq artisti: “İt günündə dolanıram"
Bir müddət əvvəl səhhətində ciddi problemlər yaranan tanınmış rejissor, Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun vəziyyəti normallaşıb.
Xalq artisti Heydər Əliyev Fondunun onun müalicəsinə maddi yardım etdiyini, səhhəttinin düzəldiyini deyib:
“Səhhətim normaldır, müalicəm davam edir. Artıq vəsaitim hesabına müalicə olunuram. Müəyyən bir mərhələyə kimi fond mənə kömək etdi, indi dayandırılıb. Yazda əməliyyat olunacağam. İndi hərdən ağrılarım olur, amma fonda zəng etməyə utanıram, yaxşı dostlar sağ olsun, köməklik edirlər”.
Sənətçi karantin rejiminin sərtləşdirilməsi ilə maddi vəziyyətinin çətinləşdiyini bildirib:
“Karantinə görə hər şey dayanıb, gəlir yerimiz yoxdur. Biz də elə qazanc sahibi deyilik ki, əvvəllər yığdığımızı indi altdan-altdan xərcləyək. Bizimki gündəlik qazanc idi, o da artıq yoxdur. Şükür ki, etibarlı dostlarım var, biri bazarlığımı edir, biri dərmanlarımı alır. Bir sözlə, it günündə dolanıram. Baba Pünhanın bir şeiri var, deyir ki, “İtim gəl dur önümdə, gəl, başına dönüm də, Sən Pünhanın günündə, Pünhan da it günündə”. Bax, bu şeiri elə bil bizim üçün yazmışdı. Düzdür, sənətə, sənətkara həmişə hörmət var. Buna görə də Prezident təqaüdü üçün müraciət edəcəyəm”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır