"Aktrisa tanıyıram, şəxsi münasibətlər zəminində 12 ildir Prezident mükafatı alır"
Teatrların acı həqiqəti
Bu gün "direktor siyasəti" ilə idarə etmə teatr üsulu, demək olar ki, bu sahəni, tamamilə məhv edib. Əgər bir teatra rəhbər təyin olunan şəxs bu sahəyə kamersiya gözü ilə yanaşıbsa, o teatrda hansı yaradıcılıqdan söhbət gedə bilər? Çox zaman isə hətta bu siyasət teatrlarımızı "bir aktyorun və ya aktrisanın teatrına" çevirir. Bu isə dəhşətdir. Artıq burada digər istedadların məhvindən söhbət gedir.
Ümumiyyətlə, teatra rəhbər təyin olunan şəxs yaradıcı şəxs olmaqla repertuar siyasətinin təmin olunması, tamaşaçı duyumunu yüksək səviyyədə qavramalı və təmin etməlidir. Təəssüf ki, bunun nəticəsi olaraq bu gün teatrlarımızda və eləcə də Mədəniyyət Nazirliyi İncəsənət Baş İdarəsində Bədii Şuralar formal xarakter daşıyır və Ali Attestasiya Komissiyaları, demək olar ki, yox səviyyəsindədir. Belə olduğu halda hansı yaradıcılıqdan söhbət gedə bilər?
Bu, çox ciddi məsələlərdir və aydınlaşmalıdır. Bu məsələlərlə bağlı kifayət qədər əsaslı faktlar gətirmək olar. Nə vaxta kimi teatr direktorları şəxsi münasibətlər zəminində eyni aktyor və ya aktirasa haqqında ancaq təqdimat verməklə kifayətlənməklə mükadatlanmanı təmin etmiş olacaq? Aktrisa tanıyıram ki, şəxsi münasibətlər zəminində 8 və ya 12 ildir oturub Prezident mükafatının üstündə, durmaq bilmir. Bəyəm bu şəxsdən başqa yaradıcılıqda uğur qazanan yoxdur?
Bu kimi məsələlər çox ciddi şəkildə araşdırılmalı və bu problemlər aradan qaldırılmaqla normal şəkildə Bədii şuraların və Ali Attestasiya Komissiyalarının fəaliyyəti bərpa olunmalıdır.
Anar Bürcəliyev, teatrşünas

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır