Bəhram Bağırzadə: "Bağışlayıram..."
Əməkdar artist Bəhram Bağırzadə korronovirusa yoluxması ilə bağlı yayılan xəbərlər haqda açıqlama verib...
Aktyor bu xəbərin yalan olduğunu deyib:
“Bəyaz səhranın ağ günəşi” filmindəki ifadəni xatırlayırsınız: “За державу обидно”...
Bax indi mənə öz ölkəmə görə ayıb deyil, çünki ana və Vətəni seçmirsən, normal adam, qadın, ya kişi fərqi yoxdur, Vətənini sadəcə sevir və onun problemlərinə görə ürəyi yanır. Mən, artıq bundan sonra böyük təəssüflə keçmiş adlandıracağım bəzi dostlarım və vətəndaşlarımıza görə utanıram.
Əsl dost nə edir? O gəlib kömək edir, əgər gələ də bilmirsə, heç olmasa zəng edib dəstəyini ifadə edir. Bəs əsl dost səni diri-diri basdırıb, camaatı dəqiq unvan və vaxt göstərməklə cümə axşamı yas məclisinə dəvət edirsə?
O lətifəni xatırlayırsınız: “Sakit Odessa həyətini Sara xalanın qışqırığı bürüyür: “Yanğın, yanğın, yaaaaanğın”. Bu səsə pəncərədən Milya xalanın yuxulu sifəti görünür: “Sara, nə olub, niyə bağırırsan?”. “ Bu saat gördüm ki, sənin mənzilindən yanğınsöndürən çıxdı, elə bildim ki, evin yanır.” ”Sənin evindən hər gecə general çıxanda mən ki, müharibə deyə qışqırmıram”- Milya xala cavab verir.
Adamın temperaturunun qalxmağı hökmən onun koronavirus olduğu deyil ki... Ya əgər mənim beşinci nöqtəmdə civzə çıxıbsa, bu o demək deyil ki, məndə zöhrəvi xəstəlik var. Bu assosiativ sıranı uzada bilərəm, amma ehtiyac yoxdur.
Məni “o dünyaya göndərənləri” bağışlayıram. Amma mənə korona ilə bağlı mifoloji müqavilələrə qoşulduğumu deyənləri yox. Mən reklamda çəkilə bilərəm, çünki aktyoram və bu da peşəmin bir parçasıdır. Mən birbaşa efirlər apara bilərəm, çünki bu da peşəmin bir parçasıdır. Lakin mən, fərqi yoxdur, taclı- tacsız koronavirusun reklamı ilə məşğul olmaram. Bunu mənə yaxmağa çalışanların ata, ana,bacıları ola bilsin ki, bu yolla pul qazanırlar. Bu onların seçimidir və əgər doğurdan da , belə edirlərsə, mənim onlara yazığım gəlir. Mən minlərlə həyatı aparan ölüm və xəstəlik yayan heç bir şeylə alver edə bilmərəm. Bu mənim şüurlu seçimimdir.
Mənə dəstək verən hər bir kəsə sağ ol deyirəm. Xüsusilə də, öz əsl simasını göstərənlərə. Allaha minnətdaram ki, o bir daha yeni sabahların açılması üçün önümü açdı”.(yenisabah)

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır