"Ağılla yaşasan, həyat komediya yox, faciədir" - Afaq Bəşirqızı
"Qeybət edib, xətrə dəyməyi bacarırsız..."...
"Ağılla yaşasan, həyat komediya yox, faciədir. Hisslərlə yaşamaq lazımdır. Amma hiss də adamı aldadır".
Bu sözləri Xalq artisti Afaq Bəşirqızı "Söhbət var" verilişində deyib. Aktrisa proqramda qonaq olan müğənni Xatun Əliyevanın parodiyalarına münasibət bildirib. İfaçı bir çox həmkarının parodiyaya görə ondan incidiyi söyləyib.
A.Bəşirqızı isə həmin ifaçıların ünvanına tənqidlər səsləndirib:
"Özün kimi qal. Bir çoxları fəxr etməlidir ki, onları parodiya edirsən. İnciyənlərə demək istəyirəm: Deyəsən, yeriniz kimi xasiyyətinizdə səhv düşüb. Harada ciddi oturmaq, harada gülməq lazımdır yadınızdan çıxıb. Ona görə də həyatın müəyyən qanunlarını başa düşmürsüz.
Ancaq qeybət edib, xətrə dəyməyi bacarırsız. Kiminsə ərini bölüşdürə bilmirsiz. Bütün bunlar böyük faciədir. Amma parodiya edəndə, xoş halda yada salanda qəbul etmirsiz. Sənətkarı sənətkar yada salır, burada nə var?".

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır