Leyla Əliyeva səhhəti pisləşən Xalq artistinə yardım etdi - FOTO
Azərbaycanın Xalq artisti Elmira Rəhimova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Bona Dea Beynəlxalq Hospital”a yerləşdirilib.
Bu barədə azvision.az-a Xalq artisti özü bildirib. O, hazırda səhhətində müsbətə doğru irəliləyiş olduğunu söyləyib.
"Təzyiq, şəkər və əsmə məni əldən salmışdı. Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Bona Dea Beynəlxalq Hospital”ına yerləşdirildim. Bütün müalicə xərclərimi onlar ödəyirlər. Hazırda müalicələrim davam edir. Şəkərim, təzyiqim nisbətən normallaşıb. Artıq bir neçə gündür ki, özümü nisbətən yaxşı hiss edirəm”, - deyə E.Rəhimova vurğulayıb.
Qeyd edək ki, E. Rəhimova 13 avqust 1941-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Dillər İnstitutunu və Azərbaycan Dövlət Musiqi Texnikumunu bitirib. 1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solisti kimi çalışıb. 50-ci illərin sonunda hind mahnılarının ifaçısı kimi tanınıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır