Xalq artisti: “Sənubər İsgəndərli ilə sevgili olmuşuq”
Akademik Milli Dram Teatrının məşhur aktyoru, Xalq artisti Əjdər Həmidov "Hər şey daxil"də gözlənilməz etirafı ilə təccübləndirib.
Aparıcı Tarix Əliyevin (Tolik) xalq artistinə ünvanladığı ""Kişi sözü" filmindən sonra əməkdar artist Sənubər İsgəndərli ilə aranızda sevgi olduğu barədə söz-söhbətlər dolaşdı. Doğurdanmı bir kişinin tərəf müqabilinə sevgi hissi ola bilər?" sualından sonra ortaya çıxıb.
Əjdər Həmidov filmdə aşiq olduğu qadın obrazını canlandıran Sənubər İsgəndərlini, həqiqətən, sevdiyini etiraf edib:
"Bilirsiniz necə oldu? Filmin rejissoru Cahangir Mehdiyev çəkdi məni kənara. Deməli, filmdə Qasım (Əjdər) Solmazı (Sənubər İsgəndərli) sevir. Dedi ki, "Əjdər, sən Sənubəri sevməlisən. Yoxsa, alınmayacaq, təbii olmayacaq, inanmayacağıq. Dedim "Cahangir müəllim, sevmək bəyəm "zakaz"ladır?" Amma boynuma alıram ki, qısa müddətdə mən Sənubəri sevməyə başladım. Mənə deyin görüm, onu sevməmək olar? Amma bizim sevgimiz çox qısa müddətli oldu - 3 ay. Film qurtaran kimi Sənubər xanım öz yoluna, mən öz yoluma. Sevgi də bitdi".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...