İlham Əliyev tanınmış aparıcı ilə görüşdü - FOTO
Azərbaycan prezidenti İlham Əliyev aprelin 7-də Ümumrusiya Dövlət Teleradio Şirkətinin teleradio aparıcısı Vladimir Solovyovla görüşüb.
xalqxeber.az xəbər verir ki, Vladimir Solovyov Bakıya ilk dəfə səfər etdiyini bildirərək paytaxtımızda sürətli inkişaf proseslərinin onda böyük təəssürat doğurduğunu və Bakının çox gözəl şəhər olduğunu vurğuladı.
Prezident İlham Əliyev Azərbaycanda gedən inkişaf prosesləri barədə danışarkən qeyd etdi ki, ölkəmiz haqqında reallıqların dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal işlər görülür. Dövlət başçısı, həmçinin Azərbaycanın tarixi və bugünkü reallıqları barədə söhbət açaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırdı. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan ilə Rusiya arasında bütün digər sahələrdə olduğu kimi, humanitar əlaqələr, o cümlədən media sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir.
Vladimir Solovyov ətraflı və dolğun informasiyaya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi, Azərbaycanda gedən proseslərlə yaxından tanış olmağın onun üçün böyük maraq doğurduğunu qeyd etdi.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır