Mədəniyyət Nazirliyi və Yazıçılar Birliyindən mərhum şairə HÖRMƏTSİZLİK - "Bacı kimi əlimdən gələni edirəm..."
"Dekabrın 16-da qardaşımın 85 illik yubileyi olacaq. Amma nə 80 illik yubileyi qeyd olunub, nə də az vaxt qalmasına baxmayaraq 85 illik yubileyinə heç bir hazırlıq görülməyib. Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyinin Tofiq Bayram yaradıcılığına və şəxsiyyətinə olan biganəliyi məni çox narahat edir…”.
Bu sözləri Yenicag.az-a Azərbaycan poeziyasında misilsiz xidmətləri olan mərhum şair, tərcüməçi, əməkdar incəsənət xadimi Tofiq Bayramın bacısı AYB üzvü, politoloq Svetlana Bayramova açıqlamasında deyib.
S.Bayramova qardaşının dövlət səviyyəsində yubileyinin qeyd olunmamasından narahatlığını ifadə edib.
O, AYB-nin rəhbərliyi tərəfindən qardaşına qarşı hər zaman biganə münasibət göstərildiyini bildirib:
“Şairin həyat yoldaşı dünyasını dəyişdi, amma Azərbaycan Yazıçılar Birliyi başsağlığı vermədi. Yalnız yaxınlarının təkidindən bir müddət keçəndən sonra, “Ədəbiyyat” qəzetində bu barədə yazdılar. AYB-nin dəstəyi ilə Türkiyədə “Azərbaycan poeziyasının almanaxı” çap olundu. Amma o almanaxa Tofiq Bayramın adı daxil edilmədi. Tofiq Bayram təkcə Azərbaycan poeziyasına xidmətləri ilə yadda qalmayıb. O, həm də yüzlərlə kitabın tərcüməçisidir. Bacı kimi əlimdən gələni edirəm. Qardaşımın 80 illik yubileyində öz dəstəyimizlə onun nəfis tərtibatla kitabı işıq üzü gördü. Amma Tofiq Bayramın ədəbiyyat üçün etdikləri niyə qarşılıqsız qalmalıdır axı?”
S.Bayramova ulu öndər Heydər Əliyevin Tofiq Bayrama hər zaman dəyər verdiyini də xatırlayıb:
“Ulu öndər Heydər Əliyev Tofiq Bayramın şəxsiyyətinə və yaradıcılığına hər zaman böyük qiymət verib. Əmircan qəsəbəsindəki parkın Tofiq Bayramın adını daşıması və büstünün qoyulmasının təşəbbüskarı da ulu öndər olub. Açılış mərasimində özü şəxsən iştirak edib. Demirəm ki, bu gün Tofiq Bayram oxucusunun yadında qalmayıb, xeyr. O, hər zaman oxucularının sevgisini qazanıb, onun poeziyası dillər əzbəridir. Amma təəssüflər olsun ki, ona qarşı biganəlik var, AYB-nin və Mədəniyyət Nazirliyinin bu laqeyd münasibəti məni çox narahat edir”.


Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır