SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » "Heç gözləməzdim ki, mənə bu cür hörmətsizlik edərlər" - Könül Xasıyeva

"Heç gözləməzdim ki, mənə bu cür hörmətsizlik edərlər" - Könül Xasıyeva

Tarix:

13-11-2019, 14:51

/ 1 650 dəfə oxundu.
"Heç gözləməzdim ki, mənə bu cür hörmətsizlik edərlər" - Könül Xasıyeva

İcra hakimiyyətləti heç məni qapıdan içəri buraxmırlar”
Ötən günlərdə Heydər Əliyev Sarayında Xalq artisti Könül Xasıyevanın möhtəşəm konserti baş tutub. “Yaşamağa varmı güman” adlanan konsertdə müğənni ilə barəbər, bir çox məşhur ifaçıların çıxışları da yer alıb. Konsertin səbəbkarı Könül Xasıyeva biri-birindən gözəl ifalarla tamaşaçıların zövqünü oxşamağa çalışıb.

Modern.az-a istinadən xəbər veririk ki, Xalq artisti Könül Xasıyeva konsertlə bağlı təəssüratlarının çox yaxşı olduğunu, ancaq maddiyyat məsələsində qanının qaraldığını bildirib:

“Çünki neçə ay əziyyət çəkdim, heç bir maddi gəlir əldə edə bilmədim. Elə buna görə də planlaşdırıram ki, may ayında yenidən konsert verim. Ancaq düşünürəm ki, mənəvi cəhətdən tamaşaçılar konsertdən zövq aldı. Mən özüm də zövq aldım, çünki neçə vaxt idi ki, arzuladığım şəkildə oxumaq mənə qismət olmurdu. Allah sanki səsimə bir qüvvət verdi ki, Könül, oxu. Lakin dəvət etdiyim bəzi qonaqlardan da narazı qaldığımı söyləyim. Adların da çəkə bilərəm hansı ki, dəvət etdim gəlmədilər. Rəqsanə İsmayılova gəlmədi, söylədi ki, mən özü gələ bilməsə də, qızı Aysunu mütləq göndərək. Bir gün qabaqcadan qızıyla əlaqə saxladım, prodüseri bildirdi ki, Aysun toydadır, gələ bilməyəcək. Könül Kərimova, Mirələm Mirələmov söz verdilər ki, gələcəklər, ancaq heç biri gəlmədi. Mən konsertə dəvət etdiyim şəxslərlə əvvəlcədən əlaqə saxlayıb, sonra anons edirəm. Ancaq təəssüf ki, mənim gözümü yolda qoydular, heç gözləməzdim ki, mənə bu cür hörmətsizlik edərlər. Gələ bilməyəcəkdinizsə niyə söz verirdiniz ki?”.

Könül Xasıyeva səhhətinin hazırda çox yaxşı olduğunu söyləyib:

“Hətta əla deyə bilərəm. Təbii ki, səhhətimdəki müsbət irəliləyişin səbəbkarları prezidentimiz İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır. Ən pis vaxtlarımdan indiyə qədər mənim yanımdadırlar. Tək mənim yox, oğlumun da xəstəliyi ilə bağlı müalicəni Heydər Əliyev Fondu öz üzərinə götürüb. Hər birinə ölüncəyə qədər minnətdaram, bu həyatda yaşamağıma səbəbkardırlar. Psixoloji tərəfdən isə Nuridə Qurbanovaya təşəkkürümü bildirirəm. İnanın ki, bu xanımın dəstəyi mənə güc verir”.

Müğənni televiziya kanallarının ona dəstək olmadığını da vurğulayıb:

“Mən bir çox televiziya kanallarına konsertlə bağlı anonsları yerləşdirmək üçün müraciət etdim. Hər kəs bilir ki, mən artıq səhhətimə görə, el məclislərinə, konsertlərə gedə bilmirəm. Təbii ki, bu anonslar üçün də müyyən qədər pul lazımdır. Mən o pulları vermək gücündə deyildim, çünki maddi vəziyyətim yaxşı deyil. Təssüflə bildirirəm ki, mənim sözümü yerə saldılar. Heç bir kanal mənə dəstək olmadı. Konsert verdiyim saray da mənə güzəştə getmədi. Bütün tamaşaçılar da bilir ki, mən hər zaman yaxşı tərəfi söyləmişəm. Hələ ağzımdan pis bir kəlmə çıxmayıb. Ancaq indiki vəziyyət məni çox üzür. Çünki indiyə qədər mənə bu cür münasibət bəsləyən olmayıb. Altı ay bundan qabaq da konsert proqramı ilə çıxış etdim, bir düşünün mən niyə axı bir ilə iki konsert təşkil edim? Demək maddi sıxıntım var ki, bu addımı atıram.
Noyabr ayının 1-2-si Heydər Əliyev adına sarayda böyük konsert proqramı ilə çıxış etdim. Ancaq bu konsert mənə heç bir maddi gəlir əldə etməyimə şərait yaratmadı. Əksinə saraya 2 günə görə 30 min manat pul ödədim. Düşündüm ki, bu konsert mənə əlavə pul qazandıracaq. İnanın ki, borclarımı zorla ödədim, əlavə qazancım olmadı. Nə qazanmışdımsa, onu da saraya ödədim. Sarayın rəhbəri də mənə güzəştə getmədi. Çünki bu konsert üçün heç bir anons təşkil edilmədi. Nə qədər biletlər kassada qaldı. Bir çox tamaşaçı bu konsertdən məlumatsız qaldır. Gərək güclü anons getsin ki, tamaşaçı da bilib, konsertə gəlsin. Mən də daha konsert verməyib, gedib bir 5 il evdə oturardım.

Yeganə mənə anons məsələsində İTV-nin aparıcısı Vüsalə Səid dəstək oldu. Tez-tez konsertlə bağlı anonslar edirdi. Düşünürəm ki, nə bilet satıldısa, onun hesabına satıldı. Ancaq bu çətin günümdə mənə nə televiziyalar, nə də reklam şirkətləri dəstək oldular. Yenə də dövlətimə təşəkkür edirəm ki, hər zaman mənə dəstək olub. Məni evlə təmin edib, xəstəliklə bağlı bütün xərcləri öz üzərinə götürüb, Xalq artisti adını verib, prezidentimiz təqaüd ayırıb. Dövlətimdən çox razıyam”, - deyə Könül Xasıyeva qeyd edib.

Tanınmış xanəndə öz narazılığını dilə gətirərək bildirib ki, yerli icra hakimiyyətləri ona qarşı biganə yanaşırlar:

“İnanın ki, qəbullarına gedirəm məni qəbul etmək belə istəmirlər. Axı bu icra hakimiyyətləri dövlətə məxsusdur. Bunları dövlət təyin edib ki, hər bir vətəndaşa xidmət etsinlər. Heç məni qapıdan içəri buraxmırlar. Siz inanın ki, mən həqiqətləri söyləyirəm. Niyə dövlətin Xalq artistinə belə hörmətsizlik edirlər? Hər dəfə bir ümidlə nəyəsə görə gedirəm, ancaq bu cür davranışı görəndə mənə çox pis təsir edir. Əslində mənə xəstəliyimlə bağlı stres, əsəb olmaz. Lakin bu kimi hallarla qarşılaşanda, inanın ki, 2 gün özümə gələ bilmirəm. Bəs niyə mənim yaxşı vaxtlarımda hamı ətrafımda dolanırdı? İndi isə heç biri üzümə belə baxmaq istəmir. Çünki pulum yoxdur, səhhətim əl vermir ki, mən də gedib toy məclislərində saatlarla oxuyum çoxlu pul qazanım. Bilirsiniz, həmişə hər şeyin əla olduğunu söyləmişəm. Ancaq baxıram ki, çox az qisminə əla deyə bilirəm, qalanları isə çox pis vəziyyətdədir. Ona görə sizin sayt vasitəsilə bildirirəm ki, vəziyyət yaxşı deyil”.

Könül Xasıyeva bu məsələləri işıqlandırmağı xahiş edib:

“Mən sizdən dönə-dönə xahiş edirəm ki, bu məsələni işıqlandırın. Bəlkə bəziləri dərs götürüb utandı. Olar ki, bundan sonra may konsertinə dəstək oldular. İnanın ki, ürəyim partlayır. Hər şey qalsın bir kənara, bəs mən bu sənətdə can qoymuşam axı. Təvazökarlıqdan uzaq olsa da söyləməliyəm ki, “Ana” segahı deyiləndə Könül Xasıyeva yada düşür. Xalq artistinə bu cür münasibət bəsləmək nə dərəcədə doğrudur? Məni dövlətimiz layiq bilib ki, bu zirvəyə qədər gəlib çatmışam. Təssüf ki, bəzilərində insanlıq deyilən bir anlayış yoxdur. Əgər olsaydı məni ən azından tanıyardılar”

Şərhlər

XƏBƏR LENTİ