Qorxmaz Əliliyə də fəxri ad verildi
Prezident İlham Əliyev Azərbaycanın tanınmış şoumeni, aktyor və müğənni, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qorxmaz Əlilicanzadəyə fəxri ad verib.
Prezident 2 avqust Azərbaycanda Milli Kino Günü ilə bağlı Əlilicanzadə Qorxmaz Məmməd oğlunu “Əməkdar artist” adına layiq görüb.
Qeyd edək ki, 1970-1980-cı illərdə Qorxmaz Əlilicanzadənin estrada sahəsində oynadığı rollar ona böyük şöhrət gətirmişdir. Təsadüf deyildir ki, o 1983-cü ildə respublikamızda keçirilən estrada artistləri müsabiqəsinin laureatı olmuşdur. Qorxmaz Əlilicanzadə sonrakı illərdə də bu müsabiqələrin qalibi adını qazanmışdır. 1985 və 1987-ci illərdə o beynəlxalq estrada artislərinin müsabiqələrində iştirak etmiş və bu müsabiqələrin laureatı olmuşdur.
Qorzmaz Əlilicanzadə 1985-ci ildə Miniatür teatrını yaratmşdır. Tamaşaçılar bu teatrda oynanılan duzlu, məzəli tamaşaları bu gün də xatırlayırlar.
Tanınmış estrada aktyoru 1990-cı ildə Azərbaycan Estrada Teatrını yaratmışdır. O, bu teatrın bədii rəhbəri və direktorudur. 1991-ci ildə ilk olaraq "Oxşarlar" festifalını yaratmaqla Azərbaycanda şou proqramların və şou-biznesin təməlini qoymuşdur.
Qorzmaz Əlilicanzadə Azərbaycanda gənc istedadlıların aşkara çıxarılmasında çox böyük əməyi var. Onun təşkilatçılğı ilə uzun illər keçirilmiş "7-17" müsabiqəsində və özünün "Şou Əlili" adlı əyləncəli proqramında xeyli gənc müğənni aşkara çıxarılmışdır. Bu gün bir çox gənc müğənni məhz həmin müsabiqələrdə formalaşmış və tamaşaçıların rəğbətini qazanmışdır.
O, 1992-ci ildə ilk dəfə olaraq "I Respublika Meyxana Müsabiqəsi"ni, 1998-cu ildə isə "II Respublika Meyxana Müsabiqəsi"ni keçirmişdir.
1993-cü ildə "Evlənmək istəyirəm" tamaşasında (Rauf İçərişəhərli) Teymur obrazını, "Silindr" tamaşasında (Eduardo de Filippo) iki fərqli xarakteri - Gənc və Qoca varlı məşuq obrazlarını canlandırmışdır. Bundan əlavə digər əyləncəli-estrada tamaşalarını yaratmışdır.
Qorxmaz Əlilicanzadə estrada artisti, estrada rejissoru, konfransye, şoumen (Aərbaycanın ilk şoumeni), ssenari müəllifi, həm də müğənni kimi fəaliyyət göstərir. Belə ki, F.Əmirovun "Şeyx Sənan" operasında Kor Ərəbin mahnısı, C.Cahangirovun "Fizuli" kantatası, Eldar Mansurov, Rauf Məmmədov, Xanım İsmayılqızı, Nadir Əzimov və s bəstəkarların mahnılarının ilk ifaçısıdır. Bundan əlavə, o, "Azərbaycan futbolu" və "Yaşa futbol" adlı iki mahnının (Rauf Məmmədovun) ilk ifaçısıdır.
Azərbaycan televiziyasında Qorxmaz Əlilicanzadənin apardığı maraqlı verilişlər hər bir tamaşaçıya böyük zövq verib. Onun maraqlı, duzlu, məzəli lətifələr söyləməsi, meyxana verlişlərində söylədiyi fikirlər, müxtəlif reklamlarda, kino və seriallarda oynadığı rollar hamını riqqətə gətirir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır