Xanım İsmayılqızı xəstəxanaları tənqid etdi: - "Allah sizə insaf versin"
“Allah heç kimi xəstəxanalıq etməsin. Bizim “şəfa verən” həkimlərimiz, hər mənada can almağı da bacarırlar...”.
Məlumata görə, bu sözləri şairə, bəstəkar Xanım İsmayılqızı sosial şəbəkədə yazıb.
O, həkimlərdən gileylənib:
“Bilmirsən ki, dərdinə kor olub, içindəki yanğıyla əlin xəstənin və öz ürəyinin üstündə olsun, yoxsa ki, cibində... Allah sizə insaf versin - sağlamlığımızın keşiyində duranlar... Ağlınız işləyən kimi ürəyiniz də işləsin. Təki yolunuz oralara düşməsin, amma bir həqiqəti anladım ki, üstü bəzək, altı təzək olan, adamları hər mənada şoka salan özəl, təmtəraqlı, yaraşıqlı xəstəxanalardan uzaq durun. Yalançı vədlərlə, gərginlik yaratmaqla yalnız qazancını düşünən və hər bir xəstəyə müştəri gözü ilə baxan həkimlərimiz var. Sizin qiyamətiniz Allaha qalıb. Yenə də nə varsa, dövlət xəstəxanalarında var. Şərait qənaətbəxş olmasa da, insaf alababatdır”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır