Gəncə Teatrında ara qarışdı — Aktyor direktora təpik atdı - QALMAQAL
Gəncə Dövlət Dram Teatrında "Hamlet" tamaşasının ictimai baxışı baş tutmayıb. "Ölkə.Az"ın məlumatına görə, bu barədə sosial şəbəkədə teatrın aktyoru Yusif Cəfərov yazıb. Maraqlıdır ki, hər zaman direktor Əli Qasımovu müdafiə mövqeyi ilə seçilən Cəfərov bu dəfə baş rejissor İradə Gözəlovanın tənqidi fikirlərini dəstəkləyib:
"Mən ömrümdə birinci dəfədir ki, belə işlə qarşılaşıram. Dekorsuz, kostyumsuz tamaşaçılara tamaşa təqdim etmək... Amma direktor istədiyini edir, mənim sözümə məhəl qoymur. Yaxşı ki, ictimai baxış baş tutmadı. Vallah yorulmuşam".
Y.Cəfərov isə öz növbəsində bunları yazıb:
"Tamaşaçını ələ salmaq olmaz. Sonra da deyirlər ki, tamaşaçı teatra gəlmir. Hər şey öz yerini alacaq, İradə xanım. Daha zəmanə o zəmanə deyil".
Bu arada "Ölkə.Az" Gəncə Dövlət Dram Teatrıyla bağlı daha bir maraqlı məlumat əldə edib. Bildirilir ki, teatr may ayında Başqırdıstanın paytaxtı Ufa şəhərində keçirilən ənənəvi teatr festivalına dəvət alıb. Festivala "Hellados" tamaşası ilə qatılan Gəncə teatrının direktoru Əli Qasımovla, aktyor Yusif Cəfərov arasında gərginlik yaranıb:
""Hellados" tamaşası ötən ilin payızında Nodar Dumbadzenin yubileyi ilə əlaqədar Gürcüstanda nümayiş etdirildi. Həmin vaxt tamaşada əsas rolları xalq artisti Pərvanə Qurbanova, Yusif Cəfərov və Sevda Orucova oynayırdılar. Sonradan bu tamaşanın Gəncədə də oynanılması qərara alındı. Ancaq bu üç nəfər Gəncə tamaşaçısı qarşısında oynamaqdan imtina etdilər. Onların yerinə "Hellados"da teatrın nisbətən cavan aktyorları rol aldılar. Tamaşaa may ayında Ufa şəhərinə aparılanda yenidən Pərvanə Qurbanova, Sevda Orucova və Yusif Cəfərov öz rollarını cavan aktyorlardan geri aldılar. Yəni, bu adamlar Gəncə tamaşaçısı üçün oynamağı özlərinə sığışdırmırlar. Qastrol zamanı Yusif Cəfərovla direktor Əli Qasımovun sözləri çəp gəlib. Hətta Cəfərov Əli Qasımova bir təpik də vurub".
Qeyd edək ki, Ufa şəhərində keçirilən festivalda teatrın gənc aktyoru Murad Meyfalıyev "Ən yaxşı aktyor" nominasiyasının qalibi olub.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır