Mehriban Əliyevadan daha bir aktyora dəstək
Qaraciyər serrozu xəstəliyindən əziyyət çəkən Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimovun müalicəsi ilə bağlı bütün xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Bu barədə AzNews.az-a teatrın direktor müavini Vidadi Məmmədov məlumat verib. Onun sözlərinə görə, hazırda aktyorun əməliyyatı ilə bağlı hazırlıq prosesi gedir:
“Yalçın Səlimovun səhhəti stabil olaraq qalır. Uzun zamandır ki, Sumqayıt xəstəxanalarında müalicə olunur. Lazım olan vaxtlarda Bakıda da müayinədən keçirilir. Onun bütün müalicə və müayinə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Bütün dərmanları pulsuz verilir. Bundan əlavə Sumqayıt İcra Hakimiyyəti də aktyorun səhhətində yaranan problemlərin aradan qaldırılması üçün dəstək verir. Yaxın aylarda yəqin ki, Yalçın əməliyyat olunacaq”.
Qeyd edək ki, Sumqayıt Dövlət DramTeatrının aktyoru Yalçın Səlimovun səhhəti pisləşib. Xəstəxanaya yerləşdirilən aktyor müayinə olunarkən onda qaraciyər serrozu xəstəliyi aşkarlanıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır