Xalq artistinin səhhəti pisləşdi – “Həyat o qədər şirindir ki…”
Xalq artisti Sabir Ələsgərovun səhhəti pisləşdi
Diktor Sabir Ələsgərov yenidən dava-dərman qəbul etdiyini deyib:
“Səhhətim düzəlmişdi, mart ayı gələndən yenidən pisləşdim. Tibb Universitetinin Tədris Terapevtik Klinikasına gedib-gəlirəm, həkim nəzarəti altında müalicə olunuram. Həkim deyir ki, havalar soyuq keçdiyinə görə xəstəliyim ağırlaşıb. Sifətim əyilib. Üzümün sağ tərəfi, gözüm, alnım şişib, əlimi vururam, heç nə hiss etmirəm. Bilmirəm, nə vaxt sağalacam, dava-dərman qəbul etməkdən bezmişəm”.
Bəs görəsən diktor müalicə olunmaq üçün xaricə getməyi düşünürmü?
“Burda həkimlər çox yaxşıdır, harasa getmək fikrim yoxdur. Böyrəyimdə olan çirki təmizlədilər, bütün problemləri əməliyyat yoluyla həll etdilər; ümid edirəm ki, bu xəstəlikdən də qurtulacam. Deyirlər ki, xəstəliyim əsəblə əlaqədardır. İnanın, həyat o qədər şirindir ki, insan yaşamaq istəyir”- deyən Sabir Ələsgərov ümidini üzmədiyini bildirir.
Xatırladaq ki, S.Ələsgərov iki dəfə boyrəyindən əməliyyat olunub.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır