İki şairlə bağlı Birinci Vitse-Prezidentə müraciət
Gənc şair Şəhriyar del Geraninin təşəbbüsü ilə bir qrup yazar tanınmış şairlər Musa Yaqub və Vaqif Bayatlının səhhəti ilə bağlı Birinci Vitse-Prezident Mehriban Əliyevaya müraciət edib.
Müraciətdə qeyd olunur ki, Azərbaycan mədəniyyətin qorunması, inkişaf etdirilməsi və dünyada təbliğ olunması sahəsində Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban Əliyevanın gördüyü işlər son dərəcə dəyərli və təqdirəlayiqdir.
“Yardıma və mənəvi dəstəyə ehtiyacı olan mədəniyyət xadimlərinin müalicəsi üçün göstərdiyiniz qayğı hər zaman ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb. Elə nəzərinizə çatdıracağımız məsələyə də yüksək həssaslıqla yanaşacağınıza əminik. Belə ki, müasir Azərbaycan poeziyasının iki mötəbər nümayəndəsi - Musa Yaqub və Vaqif Bayatlının səhhətində uzun müddətdir ciddi problemlər yaranıb. Musa Yaqub da, Vaqif Bayatlı da yalnız məhdud şəxsi vəsaitləri hesabına müalicə olunmaq məcburiyyətində qalıblar. İki böyük sənətkarın səhhətindəki probleminin həllində yardımçı olacağınıza ümid edirik”, -deyə müraciətdə qeyd olunub.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır