"Ümidvaram ki, "İslam həmrəyliyi - zamanın çağırışı" mövzusunda konfrans İslam aləminə öz töhfəsini verəcək" - Azərbaycan prezidenti
"Azərbaycanda ən qədim zamanlardan müxtəlif dinlərə məxsus insanlar yaşayıb. Bu gün də Azərbaycan dini tolerantlıq ənənələrini davam etdirir".
Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev "İslam həmrəyliyi - zamanın çağırışı" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına təbrikində qeyd edib.
Dövlət başçısı bildirib ki, konfransın Bakıda keçirilməsi ilə doğru ünvan seçilib.
"Məmnunluq hissi ilə deyə bilərəm ki, 2016-cı il ölkəmizdə "Multikulturalizm ili" elan olunduqdan sonra xalqımız öz tarixi, mənəvi ənənələrinə sadiqliyini böyük coşqu ilə nümayiş etdirdi. Azərbaycanda bu münasibətlə ötən il bir sıra beynəlxalq mötəbər tədbirlər keçirildi. Bunun davamı olaraq bu il İslam Həmrəyliyi oyunları keçiriləcək. İslam həmrəyliyi olduqca vacib amildir və bununla bağlı ciddi addımlar atılmalıdır. Ümidvaram ki, bugünkü konfrans da İslam aləminə öz töhfəsini verəcək", - deyə prezident vurğulayıb.
Təbriki Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla oxuyub.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır