Afaq Bəşirqızı prezidentlə görüşdə protokoldan kənar danışıbmış
Ötən həftə prezident İlham Əliyevin mədəniyyət və incəsənət adamları ilə görüşü olduqca maraqlı məqamlarla yadda qalıb. Xalq artistlərinin çıxışları, onların təmsil etdiyi qurumların, özlərinin və ətrafındakıların problemlərini prezidentə çatdırması maraqlı məqamları ortaya çıxarıb.
Məlum olub ki, prezidentlə keçirilən görüşdə bir çox önəmli xalq artistləri, təşkilat rəhbərləri protokoldan kənar çıxış edib. Çıxışı ən çox müzakirələrə səbəb olan və bir neçə gündür sosial şəbəkələrdə dəstəklənən xalq artisti Afaq Bəşirqızı, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova da protokoldan kənar danışıb.
Kadrlardan da göründüyü kimi heç bir dividentə sahib olmayan Mehriban Zəkinin protokola daxil edilərək kino haqda danışması bu qrumun sədri Şəfiqə Məmmədovanı hərəkətə gətirib. Mikrofondan uzaq olduğu üçün xalq artisti Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədələbəyli ilə yerini dəyişir və istəyinə nail olaraq bütün sözlərini Prezidentə çatdırır.
Afaq Bəşirqızını danışmağa vadar edən isə xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın çıxış edərək, heç kimin xahiş etməməsini bildirməsi olub. Bu çıxışdan sonra xalq artisti Afaq Bəşirqızı mikrofonların yanında olan siyahıya baxır və danışığı nəzərədə tutulmadığını görüb birbaşa mikrofonu yandırır, o da öz sözlərini və problemləri prezidentə çatdırır. Onların bu addımı zalda təəccüblə qarşılanır.
Protokoldan kənar çıxış etmələrinə baxmayaraq, prezident İlham Əliyev onların təkliflərini qəbul edib və bu istiqamətdə bütün tapşırılarını verib.
Bizimyolİnfo

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...