İlham Əliyev Tahir İmanova: "Sizə heç kəs qadağa qoya bilməz"
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimləri ilə görüşüb.
Görüşdə digər sənət adamları ilə yanaşı, əməkdar artist Tahir İmanov da çıxış edib. Belə ki, əməkdar artist film çəkilişləri ilə bağlı dövlət başçısından yardım istəyib.
Eyni zamanda, o, özəl televiziyalarda "Bakılı oğlanlar”a qoyulan qadağa barədə də prezidentə məlumat verib. Həmçinin T.İmanov babası Süleyman Ələsgərovun adının əbədiləşdirilməsi üçün onun adına küçə verilməsini xahiş edib.
T.İmanovun çıxışını dinləyən İlham Əliyev heç kimin onlara qadağa qoya bilməyəcəyini qeyd edib və "Parni iz Baku” komandasına dəstəyini ifadə edib.
Ölkə rəhbəri özəl televiziyaların belə qadağasının yanlış olduğunu diqqətə çatdırıb və eyni zamanda dövlətin daim onlara olan qayğısına da diqqət çəkib.
Prezident birbaşa orada Bakı şəhər İcra Hakimiyyətinin başçısına müraciət edərək, küçələrdən birinə S.Ələsgərovun adının verilməsini də tapşırıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır