Canəli Əkbərovdan Arif Babayevə ad günü təbriki: “Allah ağıl versin”
Bu gün xalq artisti, professor, “Şöhrət” və “İstiqlal” ordenli xanəndə Arif Babayevin doğum günüdür.
Cebhe.info uzun müddətdir ki, Arif Babayevlə küsülü olan xalq artisti Canəli Əkbərovla əlaqə saxlayıb. Xalq artisti bildirib ki, Arif Babayevin ad günü olduğundan xəbərsizdir:
“Sözün açığı mən belə şeylərlə maraqlanmıram, indi bildim ki, onun ad günüdür”.
Bəs xalq artistinin ağsaqqal həmkarı ilə indiki münasibətləri nə yerdədir?
Canəli Əkbərov suala belə cavab verib:
“Mən özümə cavabdehəm və hər şeyi özümlə götür-qoy edirəm. Allah onlara cansağlığı, bir az da möhkəm ağıl versin”.
Xatırladaq ki, iki il əvvəl Canəli Əkbərov Beynəlxalq Muğam müsabiqəsinin münsiflər heyətinə buraxılmamışdı. Münsiflər heyətinin 5 üzvü: xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Əlibaba Məmmədov və Sərdar Fərəcov həmkarları Canəli Əkbərovun muğam müsabiqəsində münsif olmasını istəməmişdirlər. Onlar Canəli Əkbərov haqqında sərt ittihamlar səsləndirmiş, o, münsif olarsa, müsabiqədə iştirakdan imtina edəcəklərini bildirmişdilər.
Bundan sonra isə xalq artistləri bir-birlərinə kinayəli atmacalar atmış və qalmaqal böyümüşdü.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır