Afaq Bəşirqızı: "Nə Xoşqədəm, nə Zaur, nə də "ovçarka..."
Dövlət Musiqili Teatrının repertuarında olan "Bankir adaxlı" tamaşasında bəzi dəyişikliklər edilib.
"Ölkə.Az"-ın əməlumatına görə, tamaşanın efirn variantında narkotik vasitələr (nəşə) təbliğ edilib. Tamaşada Atakişikişi obrazı (Çingiz Əhmədov) oğlu Balakişi ilə dialoqunda övladına daha ağır narkotik vasitələrdən uzaq olmağı tövsiyyə etsə də, əvəzində başqa bir "məsləhət" verir:
"İynə vurma, amma nəşə çək".
Nisə xanım (Afaq Bəşirqızı) isə qızı Məleykə (Ülviyyə Əliyeva) ilə dialoqunda olan tanınmış teleaparıcılar Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevi "ovçarka" ilə müqayisə edir:
"Məleykə, səni görüm ər corabına həsrət qalasan. Birini xamlayıb getsən də, toy günündə elə itsin ki, nə Xoşqədəm, nə Zaur, nə də "ovçarka" axtarıb tapa bilməsinlər".
Teatrın direktoru Əliqismət Lalayev əməkdaşımızla söhbətində sözügedən tamaşada işlədilən ifadələri belə izah edib:
"O sözlər mətndə olmayıb, sadəcə aktyorların improvizəsidir. Amma hesab edirəm ki, bu cür improvizə doğru deyil".

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır