Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür
Düz 82 il öncə, 1936-cı il dekabrın 28-də Bakıda Yəhya və Pəricahan Хanlarovların ailəsində Zeynəb adlı bir qız doğuldu
Heç kim düşünməzdi ki, Dağlı məhəlləsində böyüyən, hər gün evin damına çıxıb mahnılar söyləyən bu qız böyüyüb Azərbaycanın səsini dünyanın hər yerinə çatdıracaq, Azərbaycan mədəniyyətində yeni iz buraxacaq, öz sənəti ilə yeni bir axının əsasını qoyacaq.
Zeynəb хanım orta təhsilini 161 saylı orta ümumtəhsil məktəbində alıb.
O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb.
Ü.Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. O, hələ Sovet hakimiyyəti illərində dünyanın 60-dan çox ölkəsində qastrol səfərlərində olub, saatlarla canlı ifası ilə tamaşaçıları heyrətləndirməyi bacarıb.
Zeynəb xanım “Şöhrət” ordeni ilə təltif edilib. 1975-ci ildən Azərbaycanın Xalq artisti, 1980-ci ildən SSRİ Xalq artisti, 1985-ci ildən Azərbaycan SSR Dövlət mükafatı laureatıdır.
Zeynəb Xanlarova uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Xalq artisti 1985-ci ildən deputat mandatına sahibdir.
Zeynəb Xanlarovanın iki oğlu var. Həyat yoldaşı bir neçə il öncə vəfat edib

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır