Rəşid Behbudovun qızından nazirliyə istehza və ittihamlar:“Atam məmurların, oliqarxların jestinə layiq ola bilmədi…”
Böyük sənətkar, SSRİ xalq artisti Rəşid Behbudovun qızı Rəşidə Rəşid Mədəniyyət Nazirliyinə qarşı ittihamlar irəli sürüb.
BakuPost xəbər verir ki, R. Rəşid nazirliyin atasının doğum günü ilə bağlı verdiyi sözlərə əməl etmədiyini qeyd edib. Bildirib ki, nazirlik ötən il R. Behbudovun doğum günü münasibətilə onun adına musiqi festivalı keçiriləcəyinə və Rusiya, Türkiyə və İsraildə konsertlər təşkil olunacağına dair vədlər verib:
“Söz verdilər, söz verdilər… Yəni layiq deyil, əziz Mədəniyyət Nazirliyi? Ailəsinə və xalqa şəxsən söz vermişdilər. Bundan başqa tanınmış və varlı şəxslərdəm biri Moskvada böyük yubiley keçiriləcəyinə söz vermişdi. Mənim atam məmurların və oliqarxların jestinə layiq ola bilmədi. Ölkə üçün az şey etmişdi yəqin…”
Məlumat üçün bildirək ki, Rəşid Behbudovun doğum günü dekabrın 14-dədir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır