"Məni məhv etdilər" - Əməkdar artist ağladı
Səhhəti pisləşən əməkdar artist Naibə Allahverdiyeva göz yaşlarını saxlaya bilməyib.
Xəstəxanada olan aktrisanı "Xəzər maqazin" görüntüləyib.
N.Allahverdiyeva son günlər çox stress yaşadığını etiraf edib: "Neçə vaxtdır qan təzyiqim yüksək olurdu. Bir dəfə əsəbləşdim, halım pisləşdi. Xəstənin gözü həmişə qapıda olur. İllərin gərginliyi məni bu hala gətirdi. İnsan nə qədər yalandan gülüş yaradar. Məni bir aktrisa kimi məhv etməyə çalışdılar, etdilər də... Bir aktrisanı kənara atmaq olmaz. İstedadlı gənclərimiz var. Onlarla çalışmağı çox istəyərdim. Ömrümün 30 ilini sənətə həsr etmişəm. Biz böyük müəllimlərlə işləmişik. Sənətimi çox sevirəm, onu ata bilmirəm. Bir ara düşündüm çıxım gedim, amma bacarmadım".

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır