SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » Azərbaycanın Birinci vitse-prezidenti dünyanın təqdimatında - FOTOLAR

Azərbaycanın Birinci vitse-prezidenti dünyanın təqdimatında - FOTOLAR

Tarix:

28-02-2017, 16:21

/ 2 251 dəfə oxundu.
Azərbaycanın Birinci vitse-prezidenti dünyanın təqdimatında - FOTOLAR

Pakistanın nüfuzlu ingilisdilli "Pakistan Observer" qəzeti

Azərbaycanın Birinci vitse-prezidenti dünyanın təqdimatında - FOTOLAR

Tanınmış jurnalist Həmid Şahinin "Mehriban Əliyeva: Kədəri sevincə çevirən insan" sərlövhəli məqaləsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın özünü insanların firavan yaşamasına həsr etmiş nadir insanlardan olduğunu qeyd edərək bildirir ki, tanınmış ziyalı ailəsində böyümüş Mehriban Əliyeva valideynlərindən insan dəyərlərinə hörmətlə yanaşmağı, poeziya, mədəniyyət və musiqini sevməyi öyrənib.

Yazıda Mehriban Əliyevanın öz xeyriyyəçilik fəaliyyətinə 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondu vasitəsilə Azərbaycan mədəniyyətinin təbliği ilə başladığı vurğulanır. Bildirilir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 2004-cü ilin 10 may tarixində ümummilli lider Heydər Əliyevin adını daşıyan fondun prezidenti vəzifəsinə təyin olunduqdan sonra bu fəaliyyətini daha da genişləndirib.

Məqalədə mədəniyyət sahəsinin Heydər Əliyev Fondunun prioritet istiqamətlərindən biri olduğu qeyd olunur. Bu istiqamətdə görülmüş işlər, inşa edilmiş Muğam Mərkəzi, konsert zalları, musiqi liseyləri və Niaqarada muğam günləri, Qəbələ festivalı, Vivaldi və Gerşvinin musiqi kompozisiyalarının ifaları, Azərbaycan mədəniyyəti haqqında nəşrlər barədə bilgilər məqalədə öz əksini tapır.

Həmçinin Fondun əsas istiqamətlərindən birinin uşaq problemlərinin həlli olduğunu bildirən H.Şahin bu təşkilat tərəfindən yüksək standartlara cavab verən məktəblər, xəstəxanalar, Talassemiya Mərkəzinin inşa olunduğunu vurğulayır. Məqalədə, həmçinin Mehriban Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə uşaqlar və ahıllar evlərinə maddi və mənəvi yardımlar edildiyi, əlil uşaqların cəmiyyətə inteqrasiya olunması üçün yay düşərgələrinin təşkil olunduğu, qanvermə və insulin paylaşdırılması proqramlarının həyata keçirildiyi bildirilir.

“Vatikan radiosu”, “Avvenire” qəzeti

Azərbaycanın Birinci vitse-prezidenti dünyanın təqdimatında - FOTOLAR
Azərbaycanın Birinci vitse-prezidenti dünyanın təqdimatında

“Vatikan radiosu”nun saytında verilmiş məqalədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın “Vatikan radiosu”na müsahibəsi də yer alır. Mehriban Əliyeva “Müsəlman ölkəsi olan Azərbaycandakı Fond xristian irsinin bərpası ilə bağlı işləri nə üçün maliyyələşdirir” sualının cavabında deyib:

“Azərbaycan Avropa ilə Asiyanın, Şərq ilə Qərbin qovuşuğunda yerləşən ölkədir. Bu coğrafi mövqe ölkəmizi səciyyələndirən zəngin müxtəlifliyə təsir göstərib. Azərbaycanda məskunlaşan xalqlar arasında həmişə dostluq və qardaşlıq münasibətləri olub. Çoxsaylı dini konfessiyaların mövcud olması bizim böyük sərvətimizdir. O cümlədən Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası Müqəddəs Taxt-Tacın və Azərbaycanın müştərək layihəsinin tərkib hissəsidir. Bizim Fondumuz bu müştərək işi gələcəkdə davam etdirməyə həmişə hazır olacaq”.

“Avvenire” qəzetinin saytında yerləşdirilmiş yazıda Müqəddəs Marçellinio və Pietro katakombalarının tarixi haqqında məlumat verilir, onların xristian dünyasının önəmli mədəni dəyərlərindən olduğu vurğulanır. Qeyd olunur ki, bu katakombaların bərpası Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında 2012-ci ildə imzalanmış ikitərəfli sazişə əsasən həyata keçirilib. Katakombaların bərpadan sonra açılış mərasimində iştirak edən Mehriban Əliyeva dinlərarası dialoqun önəmli dəyər olduğunu bildirib. Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının sədri kardinal Canfranko Ravazi isə müsəlman ölkəsinin xristian abidəsinin bərpasına töhfə verməsinin tarixdə bir ilk olduğunu deyib.

Ərəb dünyasında nüfuzlu “Əl-Mənərə” jurnalı



Azərbaycanın Birinci vitse-prezidenti dünyanın təqdimatında

Məqalədə ziyalı ailə mühitinin Mehriban Əliyevada mərhəmət, xeyirxahlıq, insan sevgisi kimi nəcib hisslərin, o cümlədən incəsənətə marağın əsasını təşkil edən dünyagörüşünün formalaşmasına təsiri barədə söhbət açılır, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin həm milli, həm qlobal səviyyələrdə gördüyü işlər barədə məlumat verilir, həmin işlərin onun haqqında mütərəqqi müsəlman qadını imicini yaratdığı vurğulanır.

Yazıda Mehriban Əliyevanın 2004-cü ildə regionda ən böyük qeyri-hökumət təşkilatını təsis etdiyi bildirilir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan bu təşkilatın Azərbaycan reallıqlarının dünyada geniş təbliği ilə yanaşı, Heydər Əliyev irsinin yeni və gənc nəslə öyrədilməsində mühüm rol oynadığı diqqətə çatdırılır. Müəllif Heydər Əliyev Fondunun çoxvektorlu fəaliyyəti haqqında ətraflı məlumat verir. Bu xüsusda, Mehriban Əliyevanın gündəlik fəaliyyətlərində sosial və humanitar aspektlərin öndə getdiyi vurğulanır, ölkəmizdə kimsəsiz uşaqların və yaşlıların problemlərinin həll edilməsi yolunda mühüm işlərin görüldüyü oxucuların diqqətinə çatdırılır. Fondun xətti ilə yeni təhsil, səhiyyə və incəsənət ocaqlarının inşa edildiyi, insulin və qan donorluğu aksiyaları, eləcə də ana südü ilə qidalandırma üzrə maarifləndirmə aksiyaları və s. sosial təşəbbüslərin həyata keçirildiyi bildirilir. Həmçinin Mehriban Əliyevanın milli musiqi ənənələrinin inkişafı və xaricdə tanıdılması yönündə Heydər Əliyev Fondunun dəstəyi ilə müasir Muğam Mərkəzinin tikildiyi, Fondun təşəbbüsü ilə müxtəlif ölkələrdə keçirilən mədəniyyət tədbirlərində Azərbaycan muğamının prioritet yerdə olduğu, habelə hər il ayrı-ayrı istedadlı yerli və beynəlxalq musiqiçilərin iştirakı ilə Qəbələ Beynəlxalq Musiqi Festivalının təşkil edildiyi oxucuların diqqətinə çatdırılır.

İtaliyanın “Italia Oggi” qəzeti

Azərbaycanın Birinci vitse-prezidenti dünyanın təqdimatında - FOTOLAR

Azərbaycanın Birinci vitse-prezidenti dünyanın təqdimatında

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edən yazıda vurğulanır ki, Mehriban Əliyeva durmadan çalışaraq ölkəsində önəmli missiyaları yerinə yetirməkdədir. Azərbaycan Prezidentinin xanımı gördüyü önəmli işlər sayəsində ölkənin ən tanınmış simalarından birinə çevrilib.

Məqalədə ötən il Vatikanda səfərdə olan Mehriban Əliyevanın Roma Papası Fransisk ilə görüşünə, “Milan-Expo 2015” Ümumdünya sərgisində Azərbaycan pavilyonunda təşkil edilmiş “Milli gün”də iştirakına dair məqamlar yer alıb. Diqqətə çatdırılır ki, Azərbaycanın birinci xanımı idman, mədəniyyət, sosial və digər sahələrdə mühüm layihələrin təşəbbüskarıdır. Onun irəli sürdüyü təşəbbüslər hər zaman böyük əks-səda doğurur. Azərbaycanın inkişafı və dünyada təbliği istiqamətində onun ideyaları tükənmək bilmir. 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik edən Mehriban Əliyevanın səyləri nəticəsində 2005-ci ildə Bakı gimnastika üzrə dünya çempionatına ev sahibliyi edib. Həmçinin 2004-cü ildən Heydər Əliyev Fonduna rəhbərlik edən Azərbaycanın birinci xanımı Bakıda keçirilən ilk Avropa Oyunlarının Təşkilat Komitəsinə sədrlik edib. O, Azərbaycanda mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində əvəzsiz xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif olunub.

Birləşmiş Ərəb Əmirliyinin “Vəhdət” və “Əl-Fəcr” qəzetləri, “Arabian business” biznes xəbərləri, “Ermi Media” qrupuna daxil olan “Foochia”, eləcə də mərkəzi ofisi Londonda yerləşən “Middle East Online” portalı

Azərbaycanın Birinci vitse-prezidenti dünyanın təqdimatında - FOTOLAR

Azərbaycanın Birinci vitse-prezidenti dünyanın təqdimatında

Məqalələrdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən ətraflı bəhs edilir. Birinci xanımın ölkədaxili fəaliyyətinə nəzər salınarkən ilk növbədə bildirilir ki, Mehriban Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fonduna və Azərbaycan xalqının Ümummilli Liderinin adını daşıyan Heydər Əliyev Fonduna rəhbərlik edir. Diqqətə çatdırılır ki, hər iki Fond humanitar, sosial və iqtisadi layihələr həyata keçirməklə Azərbaycan dövləti və xalqı üçün töhfələr verir. Bu xüsusda, Mehriban Əliyevanın uşaqlara və yaşlı nəslin nümayəndələrinə göstərdiyi xüsusi diqqət, onların qarşısında duran problemlərin həlli istiqamətində gördüyü işlər diqqətə çatdırılır.

Tolerantlıq və sülh dəyərlərini üstün tutan Heydər Əliyev Fondunun ölkədə məscid və kilsələrin tikintisi və ya yenidən qurulmasını öz üzərinə götürdüyü məqalələrdə qeyd edilir. Məhz bu cür yanaşmanın da respublikamızda yaşayan çoxsaylı milli azlıqların bir-biri ilə dinc şəraitdə yaşamasını təmin etdiyi vurğulanır.

Azərbaycan xalqının zəngin milli musiqi irsinin gənc və yetişən nəsillərə ötürülməsi işində Mehriban Əliyevanın xüsusi rolu qeyd edilir. Oxucuların diqqətinə çatdırılır ki, məhz Mehriban Əliyevanın hərtərəfli diqqəti hesabına bu gün Azərbaycanda incəsənət obyektləri tikilir, musiqiyə, ələlxüsus da onun muğam janrına gənc istedadlar tərəfindən böyük rəğbət göstərilir.

Vyetnamın “Vyetnam qadını” jurnalı

Azərbaycanın Birinci vitse-prezidenti dünyanın təqdimatında - FOTOLAR

Azərbaycanın Birinci vitse-prezidenti dünyanın təqdimatında

Dünyanın 135 ölkəsinə yayılan və 15 milyondan çox üzvə sahib Qadınlar Birliyinin mətbu orqanı olan bu jurnalda yayımlanan məqalədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkənin ictimai-siyasi və mədəni həyatındakı rolundan bəhs olunur. “Mehriban Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu, onun təşəbbüsü ilə təsis edilmiş və bir neçə xarici dildə nəşr olunan “İrs” jurnalı Azərbaycan mədəniyyətinin dünyada təbliğinə böyük töhfələr verir”, - deyə məqalədə bildirilir: “Azərbaycanın xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılmasında və inkişaf etdirilməsi sahəsində əvəzsiz xidmətlərinə görə Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb”.

Yazıda Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun Azərbaycanda və dünyanın bir sıra ölkələrində həyata keçirdiyi xeyriyyəçilik tədbirlərindən, Mehriban Əliyevanın Milli Məclisin deputatı və hakim Yeni Azərbaycan Partiyasının sədr müavini kimi siyasi fəaliyyətindən də bəhs olunur: “Mehriban Əliyeva çoxşaxəli fəaliyyətinə görə Azərbaycanda və dünyada bir sıra mötəbər mükafatlara layiq görülüb, müxtəlif yerli və xarici təşkilatlar tərəfindən keçirilmiş ictimai rəy sorğularında bir neçə dəfə ilin ən nüfuzlu xanımı seçilib”.

“COSMOPOLITAN”

Azərbaycanın Birinci vitse-prezidenti dünyanın təqdimatında - FOTOLAR
Azərbaycanın Birinci vitse-prezidenti dünyanın təqdimatında

“Ağıllı və gözəl Mehriban – yazıçı Mircəlal Paşayevin nəvəsi və Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin qızı Azərbaycanda ən nüfuzlu soyadlardan birinin nümayəndəsidir. Mehriban öz nəslinin şöhrətini ləyaqətlə davam etdirib: Seçenov adına Moskva Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib, hələ tələbəlik dövründə Azərbaycanın gələcək prezidenti ilə ailə qurub (onların üç övladı var).

Mehriban əvvəlcə Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda ixtisası üzrə işləyib, sonra xeyriyyəçiliklə məşğul olmağa başlayıb. Hazırda Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun Xoşməramlı səfiridir. Və əlbəttə, ölkənin ən cazibədar xanımıdır.”

Mərakeşin ərəbdilli “əl-İslah və ət-Tənmiyə” qəzeti

Azərbaycanın Birinci vitse-prezidenti dünyanın təqdimatında - FOTOLAR

Azərbaycanın Birinci vitse-prezidenti dünyanın təqdimatında

Məqalədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Milli Məclisin deputatı kimi çoxşaxəli fəaliyyəti barədə oxuculara ətraflı məlumat verilir. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, nəcib və tərəqqipərvər təşəbbüslərinə, eləcə də mədəniyyətlərarası dialoqa verdiyi töhfələrə görə Mehriban Əliyevanın 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri adına, 2007-ci ildə isə “Qızıl ürək” beynəlxalq mükafatına layiq görüldüyü diqqətə çatdırılır.

Müəllif Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycanda və bir sıra İslam ölkələrində sosial, mədəni layihələrə böyük töhfə verdiyini qeyd edir. Məhz Fondun dəstəyi ilə Azərbaycanda müasir məktəblərin inşa edildiyini, həmin məktəblərin bütün avadanlıqlarla təchiz olunduğunu, ən son standartlara cavab verən yeni tədris metodunun tətbiq edildiyini bildirir.

Müəllif Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə parlamentdə qəbul olunan amnistiya aktlarının cəmiyyətdə böyük rəğbətlə qarşılandığını qeyd edir. Geniş ictimai dəstək alan bu amnistiya aktlarının böyük mənəvi-əxlaqi və siyasi məzmun kəsb etdiyi bildirilir.

Özbəkistanın “podrobno.uz”, “uchildiz.uz” informasiya agentlikləri

Azərbaycanın Birinci vitse-prezidenti dünyanın təqdimatında - FOTOLAR

Azərbaycanın Birinci vitse-prezidenti dünyanın təqdimatında

“Mehriban Əliyeva xeyirxahlığın və ümidin mücəssəməsidir” sərlövhəli məqalədən:

“...Mehriban Əliyeva yaşından, milliyyətindən və dini etiqadından asılı olmayaraq milyonlarla insanın ürəyini necə fəth edib? Cavab sadədir. Ona ətrafdakılara humanist münasibətinə, ehtiyacı olan insanlara qayğı göstərdiyinə və kömək etdiyinə, onların dərdinə şərik çıxdığına və lazımlı məqamda yanlarında olduğuna görə ehtiram bəsləyir və sevirlər...

... Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr səhiyyə, mədəniyyət, sosial sahə, ekologiya, idman və digər istiqamətləri əhatə edir. Onun müasir Azərbaycan tarixinin bir hissəsinə çevrilən fəaliyyəti cəmiyyətin həyatında Azərbaycan qadınının rolu haqqında aydın təsəvvür yaradır. Mehriban xanım özünü reallaşdıra bilən harmonik, məqsədyönlü və güclü qadınların etalonuna çevrilib...

... Mehriban xanımın rəhbərliyi ilə bir çox əhəmiyyətli layihələr həyata keçirilib. O, milli-mədəni dəyərlərin qorunub saxlanmasına və dünyaya təqdim olunmasına töhfə verir, istedadlı gəncləri - idmançıları, rəssamları, musiqiçiləri dəstəkləyir. O, minlərlə adama sağlamlığını və ümidini qaytarıb. Bütün bunlar bir məqsədlə - xalqının və Vətəninin rifahına xidmət məqsədi ilə edilib. Onun fəaliyyəti insanları xeyirxah işlərə ruhlandırır, cəmiyyətdə mərhəmət və şəfqət kimi əbədiyaşar dəyərlərin təsdiqinə xidmət edir...

... Mehriban Əliyevanın sayəsində cəmiyyətin sosial həyatında xeyriyyəçilik və mesenatlıq ənənələri dirçəldildi. O, bütün sosial problemlərin yalnız dövlət tərəfindən həll olunması barədə ictimai şüurda kök salmış təsəvvürləri dağıtdı və onların həllində cəmiyyətin bütün zümrələrinin iştirak etməyə can atmasına nail oldu...”

Küveytin geniş oxucu kütləsinə malik “Əl-Nahar” qəzeti

Azərbaycanın Birinci vitse-prezidenti dünyanın təqdimatında - FOTOLAR

Azərbaycanın Birinci vitse-prezidenti dünyanın təqdimatında

Jurnalist Samira Frimeçenin müəllifi olduğu məqalədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın həyatı, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi layihələrdən söhbət açılır. Müəllif, həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın milli-mənəvi irsimizin qorunub saxlanılmasında və dünyada təbliğində rolu, Azərbaycanda və ölkə xaricində nəcib xeyriyyəçilik fəaliyyəti, elmə, təhsilə, səhiyyəyə, idmana və cəmiyyətin inkişafına stimul yaradan digər mühüm sahələrə göstərdiyi diqqət və qayğı barədə ətraflı məlumat verir.

"Московский Комсомолец"

Azərbaycanın Birinci vitse-prezidenti dünyanın təqdimatında - FOTOLAR

Azərbaycanın Birinci vitse-prezidenti dünyanın təqdimatında

“Azərbaycanın birinci xanımı həm öz ölkəsi, həm də başqa ölkələr üçün çox iş görür”

“Mehriban Əliyeva Azərbaycanın birinci xanımı olmaqla bərabər, həm də dünyada ali dövlət təltiflərinə layiq görülmüş ilk qadındır. Axı Azərbaycan Prezidentinin xanımı Fondun rəhbəri olmaqla həm öz ölkəsi, həm də başqa ölkələr üçün çox iş görür. Məsələn, Mehriban Əliyeva Küveyt Dövlətinin Qadın Məsələləri üzrə Komitəsinin sədri Şeyxa Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabahın imzaladığı Fəxri diplom ilə təltif edilib. Bu, Küveyt qadınlarının adından xarici ölkənin ictimai-siyasi xadiminə, üstəlik əcnəbi qadına verilən ilk mükafatdır. Diplomda deyilir ki, Küveyt qadınları UNESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya “İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə” təşəkkür edirlər...

... Biz rusiyalılar üçün xüsusilə fərəhlidir ki, birinci xanımın özünün sözlərinə görə, Azərbaycanda böyük rus ədəbiyyatına, mədəniyyətinə və tarixinə çox hörmət edirlər. Fondun vitse-prezidenti Leyla Əliyeva Rusiyada olarkən həmişə vurğulayır ki, Azərbaycanda məktəblərdə rus dilinin tədrisi tam həcmdə saxlanıb, Rus Dram Teatrı, Rus Mədəniyyət Mərkəzi, Bakı Slavyan Universiteti və Lomonosov adına Moskva Dövlət Universitetinin filialı işləyir...”

“The Business Year” jurnalı

Azərbaycanın Birinci vitse-prezidenti dünyanın təqdimatında - FOTOLAR

Azərbaycanın Birinci vitse-prezidenti dünyanın təqdimatında

“Müxtəlif mədəniyyətlər və sivilizasiyaların qarşılıqlı zənginləşməsinə, xalqlararası dialoqun dərinləşməsinə, tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsini həyata keçirir. Layihə çərçivəsində dini abidə və ziyarətgahlarda təmir-bərpa işləri aparılır, mövzuya aid sərgilər təşkil olunur.

Heydər Əliyev Fondu gerçəkləşdirdiyi layihələrlə əhalinin sağlamlığının qorunmasında da yaxından iştirak edir. Fondun müəyyən etdiyi başlıca vəzifələrdən biri uşaq evləri və internatlardakı azyaşlı və yeniyetmələrə, şəhid, qaçqın, məcburi köçkün və aztəminatlı ailələrdən olan, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım etməkdir. Fond beynəlxalq təşkilatlar və dünyanın bir sıra aparıcı səhiyyə şirkətləri ilə əməkdaşlıq şəraitində “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” və digər layihələr həyata keçirmiş, tibb müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və inşasına nail olmuşdur. Fondun yarandığı gündən ölkədə bir sıra xəstəxana, poliklinika, diaqnostika mərkəzi və digər tibb ocaqları tikilmiş, təmir olunmuş və yenidən qurulmuşdur.

Fondun fəaliyyətinin mühüm istiqamətlərindən biri də xeyriyyəçilikdir. Valideyn himayəsindən, ailə qayğısından məhrum olan uşaqların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə Fond mütəmadi olaraq xeyriyyə aksiyaları keçirir. Bu aksiyalar çərçivəsində Fond geniş tərkibli yardımlar göstərir. Belə ki, qurum uşaq evlərinə və internat məktəblərinə hədiyyələr göndərməklə yanaşı, konsert və əyləncə proqramları təşkil edir.”

Şərhlər

XƏBƏR LENTİ