Nərgiz Paşayeva Müşfiqin heykəlinin sökülməsindəndan danışdı
Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva “Azəravtoyol” ASC tərəfindən paytaxtın İnşaatçılar prospektində, “Statistika dairəsi” adlanan ərazidə nakam şair Mikayıl Müşfiqin heykəlinin sökülməsini kəskin pisləyib.
Professor Paşayeva açıqlamasında bunları deyib: “Bu, vandalizim və barbarlıqdır. Böyük şairin xatirəsinə qarşı törədilmiş günahdır və təhqirdir”.
N.Paşayeva müvafiq dövlət orqanlarını və ictimaiyyəti bu vandalizm aktına təcili müdaxilə etməyə, habelə bu barbarlığa yol verən “Azəravtoyol” rəhbərliyini cəzalandırmağa çağırıb.
Xatırladaq ki, “Azəravtoyol” ASC heykəli Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırmadan, nazirliyə xəbər vermədən söküb. Nazir Əbülfəz Qarayevin bu hadisədən hiddətləndiyi açıqlanıb. Habelə heykəltaraşlar, Yazıçılar İttifaqı, Rəssamlar İttifaqı Stalin repressiyalarının qurbanı olmuş şairin heykəlinə qarşı bu vandalizm əməlini kəskin pisləyib.
haqqin.az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır