Fəxrəddin Manafovdan İbrahimbəyova etiraz - Onun qurumundan istefa verdi
Xəbər verdiyimiz kimi Rüstəm İbrahimbəyov ssenarı müəllifi olduğu "Qafqaz üçlüyü" filmində Azərbaycan xalqı vəhşi, qəddar, mədəniyyətsiz, ermənilər isə alicənab, sülhsevər, vəhşi türkün qurbanı kimi göstərilir.Filmdə ssenari müəllifinin öz doğulduğu ölkəyə olan nifrəti, milli köklərinə etdiyi xəyanəti ölkə ictimaiyyətinin kəskin etirazına səbəb olub.
Bu məsələyə görə xalq artisti Fəxrəddin Manafov Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqını tərk etdiyini bildirib.Azərbaycan Dövlət Televiziyasının "Günün Nəbzi" verilişinin qonağı olan xalq artisti adıçəkilən ittifaqı sərt tənqid edib:
"Mən fiziki olaraq o qurumla əlaqədə deyiləm. Mən o qurumun rəsmi nümayəndəsinə zəng etdim. Çox təkidlə ona dedim ki, mən de-fakto orada yoxam, de-yuri məni ordan xaric eləyin.Mən bundən sonra o qurumda iştirak etmək fikrində deyiləm.Mən inanmıram ki, bu cür ağır məsələdən sonra o qurumda azərbaycanlılardan kimsə qalsın.O qurumda artıq heç kəs qalan deyil".
unikal.org

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır