Leyla Əliyeva qızı ilə Eminin konsertində - Fotolar
Rusiyanın məşhur azərbaycanlı müğənnisi, bəstəkar Emin Ağalarov Bakıda konsert proqramı ilə çıxış edib. Sənətçinin musiqili gecəsi Heydər Əliyev adına Sarayda baş tutub.
Sarayın səhnəsində xüsusi dekorasiya və işıqlar qurlaşdırıldığı diqqətdən yayınmayıb. Emin daha sonra pərəstişkarlarının qarşısına çıxaraq hitlərini səsləndirməyə başlayıb.
Pop ulduzun ilk ifasında zala Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və övladlığıa götürdüyü Əminə daxil olub. Sənətçi bundan sonra bütün tamaşaçıları salamlayıb, L. Əliyevaya konsertə gəldiyi üçün xüsusi minnətdarlığını bildirib.
Konsert maraqlı məqamlarla yadda qalıb. Bundan əlavə, Emin Bayram adlı şəxsi səhnəyə dəvət edərək onun balaca bir sürprizinin olduğunu söyləyib. Gənc əlində gül dəstəsi ilə Ağalarovun yanına gəlib və sevdiyi qızı səhnəyə çağırıb. Daha sonra Bayram xanıma evlilik təklifi edib. Emin isə onlara xoşbəxtlik diləyib.
Ağalarov konsertdə məşhur mahnısı olan “Woman”ı qızı Əminə üçün ifa edəcəyini bildirib:
“Burada çox gözəl xanımlar var. Burada əyləşən kişiləri başa düşürəm. Onlar yanındakı xanımların təkidi ilə konsertə gəliblər. İndi oxuyacağım mahnını bütün xanımlara həsr edirəm. Ancaq etiraf edim ki, bəstəni birinci Əminə üçün oxuyacam”. 




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...