Bəstəkar Azər Paşa Nemətova qarşı: - “İstedadlı adamları geri çəkmək istəyirlər”
“Akademik Milli Dram Teatrının sabiq aktyoru Hikmət Rəhimovu teatrlar üçün tapıntı hesab edirəm.”
Bunu bəstəkar Aygün Səmədzadə aktyor Hikmət Rəhimovun Akademik Milli Dram Teatrının səhnəsindən qovulmasına münasibətində deyib. O, aktyoru musiqisini yazdığı iki tamaşada-Elçinin ”Qatil” və Cavidin “Əmr Teymur”un kəşf etdiyini bildirib: “Mənim düşüncəmdən asılı olmadan elədir ki var. Hikmət Rəhimov son aylar adı yaratdığı gözəl obrazlarla deyil, şişirdilmiş qalmaqlarlla mətbuatda hallanan sənət adamı. Niyə belə olur, görəsən? Niyə istedadlı adamların qayğısını çəkib irəli aparmaqdansa qayğılara qərq edib geri çəkmək istəyirlər? Axı bundan sənət, səhnə, biz itiririksə, sizə xeyri nə? Sənətə peşəkar münasibət şəxsi münasibətləri hər bir halda üstələməlidir. Və bu alınmırsa, səhnəsi kiçik daxili böyük teatrlardan da parlmaq olar. Məqsət sənətə xidmətdirsə.”
Aygün Səmədzadə hesab edir ki, istənilən halda məqsədin son səbəbi yaşamaq uğrunda mübarizədir: “Sənət adamları təkcə yaşamaq uğrunda deyil, sənət uğrunda gedən mübarizədə qalib görmək arzusu ilə.”
Bir müddət bundan əvvəl “Azdrama”nın sabiq aktyoru Hikmət Rəhimovla teatrın rejissoru arasında gərginlik yaranmışdı. Bu hadisədən sonra teatrın direktoru, Xalq artisti Azər Paşa Nemətov aktyoru teatrdan uzaqlaşdırmışdı. Xalq artisti Fuad Poladov isə direktorun bu hərəkətinə etiraz əlaməti olaraq mədəniyyət ocağından istefa verdi.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır