Mehriban Ələkbərzadəyə vəzifə verildi
Teatrlarda növbəti kadr dəyişiklikləri həyata keçirilib. “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq teatr sahəsində aparılan islahatlar davam edir.
Mədəniyyət və turizm nazirinin müvafiq əmrlərinə uğun olaraq respublika teatrlarında kadr dəyişikliyi aparılıb. Belə ki, “Yuğ” Dövlət Teatrının direktoru Tərlan Rəsulov, habelə baş rejissor Gümrah Ömərov öz ərizələri ilə tutduğu vəzifələrdən azad edilib, Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə “Yuğ” Dövlət Teatrının baş rejissoru təyin edilib.
Digər əmrlə Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadəyə “Yuğ” Dövlət Teatrının direktoru vəzifəsinin müvəqqəti icrası həvalə edilib.
Qeyd edək ki, M. Ələkbərzadə Lənkəran Dövlət Dram Teatrı və Akademik Milli Dram Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib. O, 2003-cü ildə Naxçıvan MR-nın Əməkdar İncəsənət Xadimi, 2013-cü ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adınlarına layiq görülüb.
Ələkbərzadə AMEA-nın "Yeni tarix" şöbəsinin elmi işçisidir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır