Qonşu ilə bir evdə yaşayan əməkdar artist acınacaqlı durumda: "Ömrümə az qalıb"
50-dən artıq filmə çəkilən, 20 filmin rejissoru olan, milli kinomuzun sevilən aktyoru, əməkdar artist, “Yeddi oğul istərəm”in Cəlalı Ənvər Həsənov hələ də 35 kvadratlıq kommunal mənzildə yaşayır.
Sosial vəziyyəti ağır olan aktyor açıqlamasında şikayətlənməyi xoşlamadığını desə də, ürəyini boşaldıb:“Heç vaxt maddi vəziyyətimi qabardıb, şikayətlənməmişəm. Çünki qürurum var. Ağlamağı sevmirəm. Siz soruşdunuz, mən dedim. Bütün Azərbaycan elə bilir ki, mən xalq artistiyəm. Amma hələ də laiyq olduğum o fəxri adı almamışam. Hər dəfə təqdimatımı yollayıblar, adım siyahıdan çıxarılıb. Yaşa görə təqaüddən başqa heç nə almıram. Özüm də Biləcəridə 35 kvadratlıq mənzildə yaşayıram. Qızımla nəvəm də mənimlə qalır. Qızım xəstədir. Kommunal evdir, bir dəhlizdə qonşu ilə yaşayırıq. Ömrümün 52 ilini kinoya həsr etmişəm, özüm də sağlam deyiləm, kim nə qədər yaşayacağını bilir ki? Bəlkə elə ömrümə az qalıb? Mən də istəyirəm ki, sağ ikən övladım və nəvəm üçün bir gün ağlayım, öləndə gözüm arxada qalmasın. Axı bu da mənim halal haqqımdır”.
Yenicag.az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır