İşdən çıxarılan Əməkdar artist geri qaytarıldı
Xəbər verdiyimiz kimi, əməkdar artist Cabir Abdullayev Azərbaycan Milli Konservatoriyasındakı işindən uzaqlaşdırılmışdı.
Məlumata görə, xanəndə iki gün əvvəl yenidən müəllimlik fəaliyətinə qayıdıb.
C.Abdullayev xəbəri təsdiqləyib. O bildirib ki, bu gündən işə başlayır:
"Dərslərdə bölgülər var idi, burada çətinlik yaranmışdı və işimdən uzaqlaşdırılmışdım. Sonra bu problem aradan qaldırılıb, dərslər normal qaydada bölünüb. Sağ olsunlar, yenidən işimə qaytardılar. Arada anlaşılmazlıq olmuşdu. İndi hər şey yolundadır, əvvəlki kimi işimdəyəm. Həftənin cümə günü geri qaytarılmağımdan xəbərim oldu. Bu gündən işimə başlayıram.
Media da bu hadisədə yanımda oldu. Çox sağ olsunlar ki, məni diqqətdə saxladılar. Hamı mediadan şikayətlənir, amma mən onlardan dəstək gördüm. Ölkənin sənət adamlarına qarşı çox diqqətlidirlər. Düz nədir onu da verdilər".

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır